Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Paris "dağılır"-İrandakı aksiyalar Fransaya çatdı

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar Avropaya da çatıb. Belə ki, Fransanın paytaxtı Parisdə bir qrup şəxs iranlı qadınlara dəstək aksiyası keçirib. 

Yenixeber.org: Etirazçılar Məhsa Əmininin ölümünə görə İran hökumətinə etiraz edərək, Tehran rəhbərliyinin qadınlara münasibətini pisləyib. 

İranın ali dini lideri Ayətullah Əli Xamenei əleyhinə şüarlar səsləndirən nümayişçilər Fransa prezidenti Emmanuel Makronu konkret mövqe nümayiş etdirməyə çağırıblar. 

Daha sonra İran səfirliyinə doğru yürüş edən etirazçılarla polis əməkdaşları arasında toqquşma olub. Hüquq mühafizə orqanlarının əməkdaşları etirazları dağıtmağa çalışıblar.

Fransada İran hökumətinə qarşı nümayişlərin bu həftə ərzində davam edəcəyi gözlənilir.

Qeyd edək ki, sentyabrın 16-da Tehranda Məhsa Əmini adlı 22 yaşlı qızın baş örtüyünü düzgün örtmədiyinə görə əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq ölməsi İranın 60-dan çox şəhərində kütləvi etirazlara səbəb olmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam