Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Sərhəddə münaqişə zamanı 163 nəfər xəsarət alıb-Qırğızıstanda

          Tacikistanla sərhəddə baş verən silahlı münaqişə zamanı Qırğızıstanın 163 vətəndaşı xəsarət alıb.

Yenixeber.org: Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Saat 09:00-a (Bakı vaxtı ilə 07:00 - red.) olan məlumata görə, səhiyyə müəssisələrinə daxil olan zərərçəkənlərin ümumi sayı 163 nəfərdir”, - nazirlikdən bildirilib.

Həkimlərin sözlərinə görə, ötən gecə daha 19 zərərçəkən tibbi yardıma müraciət edib, onlardan 12-si ambulator müalicəyə göndərilib.

Hazırda xəstəxanalarda 144 nəfərin müalicəsi davam edir. Zərərçəkənlərin əksəriyyəti Bişkek və Oş əyalətlərinin səhiyyə müəssisələrinə köçürülüb.

Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb və hər iki tərəfdən insan ölümü, xəsarətlərlə nəticələnib. Tərəflər bir-birini silahlı təcavüzdə ittiham edirlər.

Qarşıdurmalarda 59 nəfər həlak olub. Hər iki ölkənin Fövqəladə Hallar nazirlikləri münaqişə zonasından 136 mindən çox insanın təxliyə olunduğunu açıqlayıb.

Hazırda Qırğızıstan və Tacikistan atəşkəs və silahlı qüvvələrin çıxarılması ilə bağlı razılaşmalara əməl edir.

Sentyabrın 19-da Qırğızıstanda milli matəm günü elan edilib.(“İnterfaks”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam