Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Erməni deputatlar yenə də əlbəyaxa oldu -VİDEO

Ermənistan parlamentinin sentyabrın 15-də keçirilən iclasında söyüş və təhqirlərlə müşayiət olunan dava-dalaş düşüb.

Yenixeber.org: Hakim “Mülki Müqavilə” partiyasının deputatları “Hayastan” müxalifət blokundan olan həmkarları, “Daşnaksütyun” Partiyasının üzvü Qeqam Manukyanın bəyanat və müraciətləri ilə razılaşmayıblar.

Qeqam Manukyan baş nazir Nikol Paşinyanın əvvəllər səsləndirdiyi bir sıra tezislərin qəbuledilməzliyini vurğulayıb.
 

“Biz bir sənəd imzalamaq istəyirik, ona görə çoxları bizi tənqid etməyə, söyməyə və satqın adlandırmağa başlayacaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, biz yenə də razı qalacağıq və minnətdar olacağıq. Xüsusən də bunun nəticəsində 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan Respublikası davamlı sülh və təhlükəsizlik tapacaqsa. Mən çox açıq deyirəm: bunu təmin edəcəkqərarı imzalayacağam. Və mənə sonradan nə olacağı maraqlı deyil. Mənə maraqlıdır ki, Ermənistan Respublikasının taleyi nə olacaq”, – Paşinyan bir gün əvvəl parlamentin tribunasından bildirmişdi. 
 

Bu bəyanata cavab olaraq minlərlə vətəndaş parlamentin yaxınlığında kortəbii aksiyaya başlayıb. Sonra Milli Təhlükəsizlik Xidməti medianı günahlandırıb. Bildirlib ki, media hökumət başçısının sözlərini təhrif edib. 


G.Manukyanın çıxışı zamanı zaldakı qışqırıq və nida səsləri ona mane olub. Deputatlar Vaaqn Aleksanyan, Kristin Poqosyan və Hasmik Akopyan daha çox fərqləniblər. Erməni deputatlar bir-birlərini təhqir ediblər.
 

Hakim partiyadan olan parlament sədrinin müavini Akop Arşakyan məsələyə müdaxilə etmək məcburiyyətində qalıb. O, 30 dəqiqəlik fasilə elan edib.
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam