Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bu bölgəni görünməmiş istilər vuracaq-AÇIQLAMA

Almaniyada yerləşən Maks Plank İnstitutu və dünyanın aparıcı tədqiqat qurumlarından biri olan Kipr İnstitutunun birgə araşdırmasına görə, Şərqi Aralıq dənizi və Yaxın Şərq yaxın gələcəkdə görünməmiş ekstremal iqlim hadisələri ilə sarsılacaq.

Yenixeber.org: Nəşr edilən hesabatda Türkiyə də daxil olmaqla bu bölgədəki ölkələrin qarşıdakı illərdə isti hava dalğaları, quraqlıq, toz fırtınaları və həddindən artıq yağıntı kimi böhranlar yaşayacağına diqqət çəkilib.

"Review of Geophysics" elmi jurnalında dərc olunan araşdırmada bildirilir ki, dərhal lazımi tədbirlər görülməzsə, Şərqi Aralıq dənizi və Yaxın Şərq çox ciddi iqlim böhranının təsiri altında qalacaq. Bundan əlavə, hesabatda bu bölgə "iqlim dəyişikliyinin mərkəzi" olaraq təyin edilib. Bildirilib ki, bu bölgədə temperatur artım sürəti dünya üzrə ortalamadan demək olar ki, iki dəfə yüksəkdir.

Bu əsrin sonuna doğru bölgədə havanın temperaturunun 5 dərəcəyə qədər artacağı, xüsusilə yay aylarında misli görünməmiş yandırıcı istilərin olacağı təxmin edilir. Hesabata görə, yağıntının miqdarının azalması ilə bölgə çox ciddi su və qida böhranı yaşayacaq, bütün iqtisadi sektorlar böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan dağıdıcı təsirlərlə üzləşəcək. Sahil əraziləri və bir çox yerlərdə kənd təsərrüfatı sahələri su səviyyəsinin qalxması ilə yox olmaq ərəfəsində olacaq.

Hesabatda, Türkiyə ilə yanaşı Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı da iqlim böhranından əziyyət çəkən ölkələr sırasındadır. Siyasi böhranların və münaqişələrin yaşandığı regionda iqlim böhranı ilə mübarizədə ölkələrin bir araya gəlməsinin çətin olduğu da qeyd edilib.

Hazırda qlobal istiləşmə bütün dünyanın probleminə çevrilib. Son adətən, normal temperaturla seçilən Avropa ölkələrində də illər ərzində tez-tez qızmar istilər qeydə alınır və çoxlu sayda insan həyatını itirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam