Ukraynada döyüş mövqelərini Rusiyaya ötürən agent saxlanılıb.
Yenixeber.org: Bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin saxladığı şəxs hərbçilərin mövqeyi barədə məlumatları və digər hərbi sirrləri rus agenti kimi toplayaraq satqınlıqla məşğul olub.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan xeyli sayda agent ifşa olunub. Ukrayna Təhlükəsizlik Xidməti hərbi hissələrə, texnikaların daşınması, döyüş mövqeləri və digər hərbi sirrləri yayan vətəndaşları ifşa edərək saxlayır.