Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyanın 300-dən çox zabiti öldürülüb-Ukraynada

Müharibə başlayandan indiyədək Ukraynada Rusiyanın 300-dən çox zabiti, o cümlədən Qara Dəniz Donanması komandirinin müavini və iki general-mayor həlak olub. Döyüş qabiliyyəti ən yüksək olan hərbi birləşmələrin - xüsusi təyinatlıların, dəniz piyadalarının, paraşütçülərin bir hissəsi olan azı 500 əsgər zərərsizləşdirilib.

Yenixeber.org: Bu barədə könüllülər qrupu ilə birlikdə Ukrayna ərazisində Rusiya hərbçilərinin məhv edilməsi ilə bağlı 1 700-dən çox nəşri tədqiq edən "Mediazona" internet nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, xüsusilə, 2014-cü ildə Ukraynanın şərqində döyüşən Kostroma və Pskov desantları böyük itki verib.

“... Döyüş meydanında vəzifələrinə ümumiyyətlə xarici ərazilərdə müharibə aparmaq daxil olmayanlar da var idi: Milli Qvardiyanın 70-dən çox döyüşçüsü öldürüldü...”, - nəşrin materialında deyilir.

Jurnalistlər Ukraynada 7 helikopter pilotunun və azı 20 pilotun da zərərsizləşdirildiyini öyrəniblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam