Saakaşvilinin xaricə aparılmasına icazə verilmədi
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistin "Saakaşvili xaricə müalicə üçün göndəriləcəkmi" sualına cavab verib.
Yenixeber.org: Baş nazir bunun qanunla mümkünsüz olduğunu bildirib.
Qaribaşvili qeyd edib ki, qanunlara və konstitusiyaya sadiqdir, eks-prezident ölkədən çıxarılmayacaq:
"Xeyr! O, xaricə aparılmayacaq. Bu, qanun və konstitusiya ilə müəyyən edilir. Mən qanuna və konstitusiyaya əməl edirəm!”.
Xatırladaq ki, sabiq prezident Mixail Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə həbs edilib. Eks-prezident Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. Onun sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir.