Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Mixeil Saakaşvili belə saxlanılıb-VİDEO/YENİLƏNİB

             Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili saxlanılıb.
Yenixeber.org: Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə deyib. O bildirib ki, Saakaşvili Tbilisinin Qldani-Nadzaladevi rayonunda saxlanılıb.
             ***

M.Saakaşvilinin Gürcüstana qeyri-qanuni yollarla daxil olduğu bildirilir.

Baş nazir qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər: "Hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub. Proses tam nəzarət altında idi".

Qaribaşvilinin sözlərinə görə, aidiyyətı qurumlar əməliyyatın minimal maneələrlə həyata keçirilməsi məqsədi ilə koordinasiyalı şəkildə vaxt və məkan seçib: "Saakaşvili artıq penitensiar müəssisəyə transfer edilib".

Rusiya televiziyaları xəbər verir ki, Saakaşvili Rustavi həbsxanasında saxlanılır. Məlum olduğu kimi, onu 9 il həbs cəzası gözləyir. Gürcüstan məhkəmələri onun barəsində qiyabi olaraq 9 illik cəza kəsiblər.

Xatırladırıq ki, sabah Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək. Saakaşvili bu seçkiləri özünün rəhbərlik etdiyi müxalifət partiyasının xeyrinə çevirmək üçün bu riskli addımı atıb.

Gürcüstandakı mənbələr bildirir ki, Saakaşvilinin saxlanıldığı həbsxananın mühafizəsi əlavə polis qüvvəsi ilə gücləndirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam