Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

"Azərsun Holdinq"lə şəhid ailəsi arasında TORPAQ QALMAQALI‼️ -"Atamın ölümünə səbəb oldu"

Azərbaycanın qida sektorunda aparıcı şirkətlərdən olan "Azərsun Holdinq" məhkəməyə verilib. 
Yenixeber.org: Məlumata görə, iddiaçı Hüseynov Ramil Əli oğludur. 
Onun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. 
Fevralın 1-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. 
İclas hakim Kənan Hüseynovun sədrliyi ilə keçiriləcək. 
Məhkəmə çəkişməsinin təfərrüatlarını öyrənmək üçün Ramil Hüseynovla əlaqə saxladıq. 
Ramil Hüseynov bildirib ki, məhkəmə çəkişməsi "Azərsun Holdinq"un onun icarəsində olan torpaq sahəsini ələ keçirməsi ilə bağlıdır. 
"Biləsuvarda fermer təsərrüfatım var idi. "Azərsun Holdinq" təsərrüfatın yerləşidiyi torpaq sahəsini ələ keçirib. Bu 2019-cu ildə baş verib. Torpaq sahəsi mənim icarəmdə idi. Həmin ildən şirkətlə məhkəmə çəkişməsindəyik. Əvvəl maddi ziyanın ödənmilməsi ilə bağlı tələb qoymuşdum. Amma indi iddia tələbini dəyişdirmişəm. İddiamda qeyd etmişəm ki, "Azərsun Holdinq" mənim hesabıma varlanır. Bu baxımdan, şirkətdən təzminat tələb edirəm. Ya torpaq sahəsini geri verməlidir, ya da 140 min manat təzminat ödəməlidir", - deyə Ramil Hüseynov bildirib. 
O, əlavə edib ki, qardaşı Birinci Qarabağ savaşında şəhid olub."Əslində həmin təsərrüfat atama, yəni şəhid atasına aid idi. Təsəvvür edin ki, bu məhkəmə çəkişməsi atamın ömrünü aldı. O, dünyasını dəyişdi. Bu baxımdan, məsələ mənim üçün prisipial əhəmiyyət daşıyır və mən qanunun verdiyi bütün imkanlardan yararlanaraq haqqımı, daha doğrusu şəhid ailəsinin haqqını müdafiə edəcəm", - Ramil Hüseynov vurğulayıb. 
Məsələ ilə bağlı "Azərsun Holdinq"in mövqeyini öyrənmək mümkün olmayıb.(32gun.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam