Milli Məclisin komitələrinin Şuşada keçiriləcək iclaslarının qrafiki hazırlanıb
“Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafikləri hazırlanıb".
Yenixeber.org: Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
S.Qafarovanın sözlərinə görə, qrafiklər komitə sədrlərinə təqdim ediləcək.
Daha sonra aprelin 8-də Milli Məclisin iki komitəsinin Şuşada birgə iclasının keçirildiyini xatırladan sədr əlavə edib ki, bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yaradılan yeni reallığın təzahürlərindən biridir.