Rusiyada facebook və instaqram da qadağan olundu-MƏHKƏMƏ QƏRARI
Moskvanın Tver Məhkəməsi Rusiyada facebook və instaqram sosial şəbəkələrinin fəaliyyətini ekstremizmlə bağlı qadağan edib.
Yenixeber.org: Qərar dərhal icra ediləcək. “Meta” şirkətinin ekstremist kimi tanınması ilə bağlı iddia Baş Prokurorluq tərəfindən qaldırılıb. İddiaya görə instaqram Rusiya qoşunlarının Ukraynadakı müharibəylə bağlı saxtakarlığın silinməsi ilə əlaqədar 4,5 mindən çox müraciətə, icazəsiz mitinq çağırışlarına məhəl qoymayıb.