Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyada vatsap bloklana bilər

 

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

Yenixeber.org: Rusiyalı istifadəçilər üçün baş vermiş problemlər haqqında “Megafon” və “Tele2” kimi telefon operatorlarından bildirilib ki, vatsap tətbiqinin pis işləməsinin mobil operatorlara heç bir aidiyyatı yoxdur: "Messencer bloklanır. İndi çoxları tətbiqin pis işləməsindən şikayətlənir. Bloklama ilk olaraq “Megafon” istifadəçilərinin işində dayanmalardan başlayıb”.

“Megafon”dan deyilib ki, hətta VPN xidməti quraşdırılsa belə vatsap bloklanacaq. Çünki istifadəçilər Rusiya ərazisində yerli nömrələrdən istifadə edirlər.

Şirkət nümayəndələrinin sözlərinə görə, Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti (“Roskomnadzor") “Meta” şirkətinin vahid platforması olan vatsapı bloklayır. İlk növbədə “IPhone” istifadəçiləri bloklanır.

“Roskomnadzor” isə vatsapın Rusiya ərazisində fəaliyyətinin məhdudlaşdırılması haqqında şayələri təkzib edib.

“Rusiya ərazisində vatsapın fəaliyyəti məhdudlaşdırılmayıb. “Roskomnadzor” servisin işindəki dayanmaları “Meta Platforms”un digər resurslarına (feyskuk və instaqram) tətbiq edilən məhdudiyyətlərlə əlaqələndirmir. Messencerlə bağlı çətinliklər başqa ölkələrdə də müşahidə olunur. 2021-ci ilin oktyabr ayında da oxşar hadisələr baş vermişdi. Həmin vaxt şirkət məsuliyyəti öz üzərinə götürmüşdü”, - qurumun Mətbuat Xidmətindən bildiriblər.

Xatırladaq ki, daha əvvəl instaqram, feysbuk və tvitter kimi sosial şəbəkələr Rusiya ərazisində bloklanıb. Bloklama ilə bağlı tələbi Rusiyanın Baş Prokurorluğu irəli sürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam