Almaniya Rusiyaya bunu qadağan etdi
Almaniya hökuməti Rusiya təyyarələrinin ölkənin hava məkanına daxil olmasına qadağa qoyulması barədə göstəriş verib.
Yenixeber.org: Bu barədə Almaniyanın nəqliyyat naziri Volker Vissinq məlumat verib.
Hazırda məhdudiyyət hazırlanır.
Alman aviaşirkəti "Lufthansa" da Ukraynadakı müharibə səbəbindən dərhal Rusiyaya uçuşlar həyata keçirməyəcəyini bildirib.
Şənbə günündən etibarən bütün uçuşlar növbəti yeddi gün ərzində dayandırılıb.
"Sərnişinlərimizin və ekipajımızın təhlükəsizliyi bizim üçün ən böyük prioritetdir",- deyə "Lufthansa" şirkətindən bildirilib.(CNN)