Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

ABŞ KƏŞFİYYAT MƏLUMATLARINI yaydı:Rusiya fevralın 20-də hücuma keçəcək

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Rusiyanı Şərqi Avropaya təcavüz etməkdə ittiham edib. 

Yenixeber.org: Səfir bu barədə CNN-ə müsahibəsində bildirib.

"Qərbdə və Ukraynada deyirlər ki, Moskva aqressiya nümayiş etdirməyi planlaşdırmır, lakin bəzi siyasətçilər qaçılmaz işğaldan danışırlar. Ruslar belə işləyirlər. Onlar bu qoşunları sərhəddə yerləşdirdilər. Şərqi Avropanın digər hissələrini işğal edəndə onların bunu etdiyini gördük" - L.Tomas-Qrinfild qeyd edib. 

Eyni zamanda diplomat dünya tarixində bununla bağlı hansı epizodları nəzərdə tutduğunu açıqlamaqdan imtina edib.

Fevralın 18-nə keçən gecə "The Washington Post" qəzeti Amerika və Avropanın hökumət strukturlarındakı dörd anonim mənbəyə istinadən məlumat yayıb ki, ABŞ Rusiyanın Ukrayna ilə sərhəddən qoşunlarını çıxardığını elan etməsinin insanları, Birləşmiş Ştatlar və digər dünya güclərini çaşdırmaq üçün qəsdən edilmiş hiylə olduğuna dair kəşfiyyat məlumatı alıb. Vaşinqton hesab edir ki, Rusiya qoşunlarının təlimlərdən daimi dislokasiya yerlərinə qayıtması ilə bağlı bəyanatları hazırlanmış dezinformasiya kampaniyasının bir hissəsi ola bilər.

Bundan əvvəl Amerikanın "Politico" nəşri analitiklərə istinadən bildirmişdi ki, ABŞ Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən çıxarılmasına inanmır və yeni işğal tarixini fevralın 20-nə təyin edib. Nəşr əmindir ki, əvvəllər elan edilmiş 16 fevral tarixi diqqəti daha vacib vaxt çərçivələrindən yayındırıb.

Rusiya silahlı qüvvələri üzrə ekspert Maykl Kofman qeyd edib ki, fevralın 20-də Belarusla birgə təlimlər başa çatdıqdan sonra Rusiya qoşunlarının hərəkətləri Rusiya Prezidenti Vladimir Putinin əsl niyyətlərini anlamağa kömək edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam