Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

Ukrayna Rusiyanın hücumu barədə hərtərəfli məlumatlandırılıb-"Ruslar hərbi və təhlükəsizlik strukturlarında köstəbək axtarırlar"

“ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna ətrafında qəsdən təşviş doğurucu mənzərə yaratmaq və məxfi kəşfiyyat məlumatlarını sızdırmaqla Rusiyanın mümkün müdaxiləsini əngəlləməyə çalışır”.

Yenixeber.org: Bu barədə CNN kanalı məlumat yayıb.

Ağ Evdəki qaynaqlardan verilən məlumata əsasən, bununla bağlı Milli təhlükəsizlik şurası, MKİ və Milli təhlükəsizlik agentliyi tərəfindən sıx koordinasiyalı siyasət həyata keçirillr. Məqsəd Rusiyanı aqressiv hərəkətlərdən çəkindirmək, mümkün hərbi əməliyyatların effektivliyini azaltmaqdır.

Prezident administrasiyasında çalışan yüsək rütbəli vəzifəli şəxslərin bildirdiyinə görə, Rusiya prezident Vladimri Putin həmin kəşfiyyat məlumatlarının sızdırılmasına görə pis vəziyyətdə qalıb.

“İndi rusiyalılar hərbi və təhlükəsizlik strukturlarında köstəbək axtarırlar. Bu informasiya həm də onları hücumun faydalı olub olmayacağı barədə şübhəyə düşməsi üçün yayılıb”, - deyə, xəbərdə qeyd edilir.

ABŞ jurnalistləri eyni taktikanın 1962-ci ildə Karib böhranı zamanı Kennedi administrasiyası tərəfindən, Kubada yerləşdirilən sovet raketlərinin fotolarını yaymaqla həyata keçirildiyini xatırladıblar.

“2022-ci ildə məqsəd olduqca aydındır. Bu, Rusiyanı 2014-cü ildə Krımı işğal edərkən istifadə etdiyi eyni sürpriz elementindən məhrum etməkdən ibarətdir”.

Xatırladaq ki, “Bloomberg” agentliyi Rusiyanın bu ilin fevral ayınn 15-də Ukraynaya bütün yönlərdən hücum edəcəyi ilə bağlı məlumat yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam