Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Bayden Putini çəkindirmək üçün belə edir” –"Savaş təlaşı qəsdən yaradılır" (CNN)

Co Bayden administrasiyası Rusiyanın planlarını alt-üst etmək və Kremli aqressiv hərəkətlərdən çəkindirmək üçün məxfi kəşfiyyat məlumatları açıqlayaraq Ukrayna ətrafında qəsdən narahatedici görüntü yaradır.

Yenixeber.org: Bu barədə CNN Ağ Evdəki, Dövlət Departamentindəki və ABŞ kəşfiyyatındakı anonim mənbələrinə istinadən məlumat yayıb.

Ağ Evdən bildirib ki, açıqlamalar Rusiyanın planlarını pozmaq, istənilən əməliyyatların effektivliyini azaltmaq və nəhayət, hərbi əməliyyatların qarşısını almaq üçün Milli Təhlükəsizlik Şurası, kəşfiyyat və digər milli təhlükəsizlik agentlikləri arasında diqqətlə əlaqələndirilib.

ABŞ-ın yüksək rütbəli məmurlarından birinin sözlərinə görə, Bayden administrasiyası Rusiya prezidenti Vladimir Putinin ehtiyatsızlıqdan yaxalandığına inanır və Rusiya hərbi və kəşfiyyat rəsmiləri ABŞ tərəfindən onların planlarının açıqlanmasından şikayətlənirlər.

“Ruslar fikirləşirlər ki, onların “köstəbəyi” kimdir? Bu məlumatların açıqlanması onların özlərinə şübhə etməsi üçün faydalıdır”, – mənbə bildirib.

Jurnalistlər xatırladıblar ki, bu taktikanın soyuq savaş dönəmindən bir neçə presedenti var. Məsələn, 1962-ci ildə prezident Con Kennedinin administrasiyası SSRİ-dən eskalasiya fonunda Kubada yerləşdirilən sovet ballistik raketlərinin fotoşəkillərini ABŞ və İngiltərədəki skeptik mətbuatı qismən sakitləşdirmək üçün yayımlamışdı.

Xatırladaq ki, “Bloomberg” bir müddət əvvəl ABŞ kəşfiyyatına istinadən Rusiyanın fevralın 15-də Ukraynaya genişmiqyaslı işğala başlamağı planlaşdırdığını yazmışdı.

Bayden isə fevralın 11-i Avropa İttifaqı və NATO ölkələrinin liderləri ilə danışıqlar zamanı Rusiyanın Ukraynaya hücumunun fevralın 16-da başlayacağını deyib. ABŞ müttəfiqlərə bu hücuma hazırlıqla bağlı bir çox təfərrüatları təqdim edib: “Rusiya işğalının marşrutları, eləcə də ayrı-ayrı rus bölmələri və onların üzərinə götürməli olduğu vəzifələr xüsusi təsvir edilib”.(azpost.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam