Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Avropa İttifaqının ayırdığı 2 milyard hara xərclənəcək? - "Münasibətlər yeni mərhələyə qədəm qoyur..."

Avropa Birliyinin Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayıracağı bildirilir. Fevralın 4-də Bakıda səfərdə olan Avropa Birliyinin (AB) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheli deyib ki, təmsil etdiyi qurum üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətləri əhəmiyyət kəsb edir. 

Yenixeber.org: O qeyd edib ki, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayrılıb və bu çərçivədə konkret layihələrin reallaşması nəzərdən keçirilir.

O.Varheli deyib ki, Azərbaycanda bu vəsaitlə bağlı xalqın investisiyalardan birbaşa bəhrələnə biləcəyi layihələri müzakirə ediblər. O, misal olaraq, suyun təmizlənməsi, yaşıl enerji, bərpa olunan energetika, kommunikasiyalar, biznesə, habelə tədqiqat və inkişafa dəstək kimi sahələri qeyd edib.

Deputat Vüqar Bayramov da "Turan"a deyib ki, həmin vəsait konkret layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. 

V. Bayramov əlavə edib ki, bu səfərdə əldə edilən uğurlu nəticələr Avropa Birliyi ilə Azərbaycan arasında son illər müzakirə edilən və tamamlanmaqda olan Tərəfdaşlıq Sazişinin daha qısa müddətdə imzalanmasına səbəb ola bilər: "500 milyon istehlakçısı olan, dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa Birliyi ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələnməsi baxımından da vacibdir. İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxilolmalarında risklərin minimumlaşdırılması aspektindən də aktualdır". 

Onun sözlərinə görə, bütövlükdə, Azərbaycanın AB ilə münasibətləri yeni mərhələyə qədəm qoyur: "İnanırıq ki, bu əməkdaşlıqdan hər iki tərəf faydalanacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam