Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Avropa İttifaqı Bakı limanında fərqli layihələrə sərmayə qoymağa hazırdır" -Oliver Varhelyi

Bu gün ölkəmizdə səfərdə olan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyinin başçılıq etdiyi nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.

Yenixeber.org: Bu barədə Bakı Limanı məlumat yayıb.

Limanın Baş direktoru Taleh Ziyadov Avropa İttifaqının komissarına məlumat verib ki, Bakı Limanı, Avropa və Asiya arasında vacib nəqliyyat dəhlizi olan “Orta Dəhliz”in inkişafında və təşviqində fəal rol oynayır.

Taleh Ziyadov vurğulayıb ki, Bakı Limanı Avropa İttifaqı ilə yaxından əməkdaşlıq edir, 2016-c ildən bu günə kimi 5 TAIEX və 2 uzunmüddətli texniki yardım layihələri icra olunub.

"Nəticədə rəqəmsallaşma, liman əməliyyatları, menecment, insan resursları, Limanda Regional Təlim Mərkəzinin yaradılması, əməyin və ətraf mühitin qorunması, ictimaiyyətlə əlaqələr üzrə avropalı tərəfdaşlarla təcrübə mübadiləsi keçirilib. Baş direktor xüsusilə Yaşıl Liman və əməliyyatların rəqəmsallaşması sahələrində uğurlu işlərin görüldüyünü qeyd edərək, bu tədbirlərin gələcəkdə daha geniş formatda davam edəcəyinə inandığını bildirib. Avropalı komissarın diqqətinə çatdırılıb ki, layihənin icrası zamanı liman əməkdaşlarının Rotterdam, Hamburq, Antverp, Barselona, Valensia, Venlo və digər qabaqcıl limanlarında təlimlərdən keçməsi insan inkişafına qoyulan ciddi investisiyadır. Layihə çərçivəsində Aİ-nın Xəzər regionunda ilk dəfə “EcoPorts” sertifikatının alınması və bir sıra ISO sertifikatların alınması da əsas nailiyyətlərdən hesab oluna bilər, - Limanın Baş direktoru bildirib.

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi bildirib ki, Bakı Limanı davamlı nəqliyyat rabitənin təminatı baxımından Avropa İttifaqının diqqətindədir: "Təmsil etdiyi qurum limanda fərqli layihələrə sərmayə qoymağa hazırdır və rəqəmsallaşma, yaşıl liman istiqamətində də dəstəyini davam etdirəcəkdir. Bütün bu addımlar Bakı Limanının Xəzər hövzəsində etibarlı qovşağa çevirilməsini təmin edəcəkdir".

Görüşün sonunda komissar Bakı Limanının quru yük terminalı ilə tanış olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam