Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

““QARABAĞ MÜDAFİƏ ORDUSU” BURAXILIB...” - Separatçılar şivən salıb

44 günlük müharibədə ordumuz tərəfindən darmadağın edilən Ermənistan ordusunun tərkibində separatçı quruma aid dəstələr də var idi.

Yenixeber.org: Məlumdur ki, müharibədən sonra uzun illər ermənilərin “Qarabağ müdafiə ordusu” adlandırdıqları qondarma hərbi dəstədən demək olar, əsər-əlamət qalmayıb və bunu artıq ermənilər özləri də etiraf edirlər.

Ermənistan mətbuatı xəbər verir ki, bu mövzuyla bağlı Ermənistan Konstitusiya Məhkəməsinin sabiq aparat rəhbəri Edqar Kazaryan özünün sosial şəbəkə səhifəsində paylaşım edərək, həyəcan təbili çalıb.

O, deyib ki, bir vaxtlar ermənilərin fəxr etdikləri “Qarabağ müdafiə ordusu” faktiki olaraq buraxılıb və ondan tezliklə əsər-əlamət qalmayacaq: “Yanvarın 31-də 2021-2022-ci ilin qış çağırışı başa çatıb. Bu, 2020-ci ildəki dağıdıcı müharibədən sonra üçüncü çağırış oldu. Hər çağırışda xidmət müddəti başa çatan əsgərlərin tərxis olunması həyata keçirilir. Faktiki olaraq, üçüncü dəfərdir ki, “Qarabağ müdafiə ordusu”ndan əsgərlər tərxis olunur, lakin onların yeri yeni çağırışçılarla doldurulmur. “Qarabağ müdafiə ordusu” faktiki olaraq buraxılır...”

Bütün baş verənlərə görə Nikol Paşinyanı günahlandıran Kazaryan onun “Qarabağdan birdəfəlik imtina etmək və Ermənistanı dağıtmaq” fikrində olduğunu yazıb.

Təbii ki, müharibədən sonra məlum səbəblərdən Ermənistan siyasi elitasında bu cür isterik açıqlamalar verənlər çoxalıb. Lakin Kazaryan və digərləri yaxşı bilirlər ki, zatən 44 günlük müharibədən sonra nəinki separatçı qurumun qanunsuz hərbi dəstələri, bütünlükdə erməni ordusu darmadağın edilib. 

Odur ki, bu dəstələrin bərpasına dair çağırışların da elə bir əhəmiyyəti yoxdur və bu, mümkün də deyil. Lakin burada bir məqam diqqəti daha çox cəlb edir. Belə çıxır ki, doğrudan da artıq Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə hərbi xidmət yaşına çatan ermənilərin qanunsuz hərbi birləşmələrə çağırışı dayandırılıb.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam