Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Bill Qeyts "çip" ittihamlarına cavab verdi:“Bir müddət sonra hər şey qaydasına düşəcək”

Bill Qeyts qədər adı qlobal böhranla yanaşı çəkilən ikinci şəxs yoxdur. Amerikalı milyarderi səhiyyə böhranının güclənməsinə görə çox ittiham edirlər. Dünyada belə konspiroloji baxış var ki, Bill Qeyts yoluxmaların çoxalmasında maraqlıdır. Hələ böhranın ilk günlərində insanlara kütləvi şəkildə çip qoyulacağı deyilirdi. Burada milyarderin biznes maraqlarının olduğu bildirilirdi.

Yenixeber.org: Qeytsə münasibət dəyişməyib. İttihamlar yenə də var. Hətta dünyanın tanınmış media orqanları bununla bağlı yazılar dərc etməkdən çəkinmir. Qınaq o həddə çatıb ki, Qeyts ittihamlara cavab vermək məcburiyyətində qalıb: “Qollara çip taxmaq mənə məntiqli gəlmir. Bunu niyə istəyim ki?!”

“Microsoft” şirkətinin yaradıcısı “Tvitter”də bir çox suallara cavab verib. O, ittihamlardan da yan keçməyib. Qeyts izləyicilərini inandırmağa çalışıb ki, yoluxmaların yayılmasında maraqlı deyil, çip ideyasına da isti yanaşmır.

Ümumiyyətlə, Qeytsin orada nikbin görünmək istədiyi hiss olunur. Milyarder deyib ki, yeni ştammdan qorxmağa dəyməz: “Mövsümi qrip kimi müalicə oluna biləcək. Gələn il bu qədər təhlükəli görünməyəcək”.

Qeyts xəstəxanalarda yatan pasiyentlərin çoxluğuna görə məyus olmaq lazım gəlmədiyini bildirib. Onun fikrincə, bir müddət sonra hər şey qaydasına düşəcək. “Microsoft” şirkətinin yaradıcısı böhranın son dövrlərini yaşadığını demək istəyib. Qeyts inanır ki, gələcəkdə daha güclü ştamm ortaya çıxmayacaq.

Qeyd edək ki, Qeytsin hazırda davam edən qlobal böhranda maraqlı olmasını iddia edənlər müəyyən mənada haqlı görünürlər. Məsələ ondadır ki, son iki ildə yaşananlar milyarderə əlavə qazanc gətirib. Buna misal olaraq distant təhsil və distant iş rejimini göstərmək olar. Bu rejimdən ən çox qazanan da elə Qeytsin şirkətidir. Bunun sayəsində Qeyts proqram təminatının satışı və digər məhsullarının tətbiqindən xeyli qazanc götürüb. Həmçinin bir çix nüfuzlu şəxslər dövlət yardımlarından da gen-bol yararlanıblar. Bu üzdən də hazırda yaşanan böhranın bitməsini istəməyən qüvvələrin olduğu iddia edilir və bu iddia xeyli dərəcədə məntiqli görünür. Ümumiyyətlə Qərbin texnologiya şirkətləri bu böhrandan böyük qazancla çıxıb.

Vaxtilə dünyanın ən varlı adamı olmuş Bill Qeyts indi ümumi siyahıda dördüncü yeri tutur. Amerikalı milyarderin 134 milyard dollar sərvəti olduğu bildirilir. Qeyts indiyə qədər sərvətinin 40 milyard dollarına qədərini xeyriyyə işlərinə sərf edib. Məhz buna görə onun var-dövlətinin zamanla azaldığını müşahidə etmək mümkündür. Amerikalı son bir ildə 4 milyard dollara qədər itirib. Qeyts sərvətini çox artırmağa ehtiyac duymadığını hər imkandaca göstərir.(bizimyol)

Aytən


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam