Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycanlıları ən xoşbəxt xalqlar arasında göstərən şirkətlə bağlı ilginc məqamlar-“SIAR Research and Consulting Group”un sirli sorğusu/ARAŞDIRMA

 

Son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri “Gallup” təşkilatının keçirdiyi sorğudur.

Yenixeber.org: “Gallup” sorğu keçirib və məlum olub ki, azərbaycanlılar dünyanın ən xoşbəxt xalqları arasında 5-ci sırada qərarlaşıb.

İnsanlar da haqlı olaraq belə bir məlumata inanmaq istəmirlər və haqlı olaraq soruşurlar ki, “Gallup” kimi nüfuzlu təşkilat belə bir nəticəyə necə gələ bilər?

Jurnalist Allahverdi Aydın “Gallup”un Azərbaycandakı tərəfdaşları ilə bağlı ilginc məlumatlar yayıb. Onun sözlərinə görə, “Gallup”un Azərbaycan tərəfdaşı “SIAR Research and Consulting Group” adlı təşkilatdır: “Bu təşkilat 500 insan arasında telefon vasitəsilə sorğu keçirib və sorğuda iştirak edənlərin 32% özünü “çox xoşbəxt”, 42%-i isə “xoşbəxt” hesab etdiyini qeyd edib. Nəticədə dünyada (daha doğrusu 44 ölkə arasında) 5-ci olmuşuq.

500 respondent sorğu üçün kifayət qədər böyük rəqəmdir. Sadəcə olaraq problem respondentlərin seçilmə kriteriyasındadır. Belə görünür ki, “SIAR Research and Consulting Group” seçimində obyektiv olmayıb və nəticəyə təsir edəcək “məqsədli” seçim edib…

… Ya da “məqsədli” seçim etməyə məcbur olub.

Çünki, “SIAR Research and Consulting Group”a daxil olan şirkətlərin hazırda 167 min 10 manat 13 qəpik vergi borcu var. Bu qədər vergi borcuna görə Azərbaycanda istənilən adamı həbsə atmaq olar. Yaxın tarixdə tanınmış şəxslərin nümunəsində belə hallarla qarşılaşmışıq.

“SIAR Research and Consulting Group”a daxil olan şirkətlərin vergi borcu belədir:
– “SİAR-CONSULTİNG” MMC (VÖEN-1400592031) – 46 322,4 manat
– “SİAR” MMC (VÖEN-1400633551) – 10 360,09 manat
– “SİAR İNTELLİGENCE” MMC (VÖEN-1403080201) – 37 482,39 manat
– “SİAR HEALTHCARE” MMC (VÖEN-1403080461) – 13 578,30 manat
– “SİAR TRACKİNG” MMC (VÖEN-1403144531) – 26 689,79 manat
– “SIAR-MEDIA” MMC (VÖEN-1400591931) – 32 577,16 manat

İndi siz deyin bu qədər vergi borcu olan şirkət necə obyektiv sorğu keçirə bilər?”.

(aztoday.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam