Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Azərbaycanlıların 85 faizi Qarabağ uğrunda döyüşməyə hazırdır" -"Gallup"

Xeberinfo.com:   Məlumata görə, bu, “WIN/Gallup International” tərəfindən dünyanın 64 ölkəsində aparılan qlobal sorğu zamanı məlum olub.

Ümumilikdə respondentlərin 61 faizi ölkələri uğurunda döyüşməyə hazır olduğunu, 27 faizi isə döyüşməyə hazır olmadığını bildirib.

Vətəndaşları ölkələri uğurunda döyüşməyə hazır olan ölkələr daha çox Yaxın Şərq və Şimali Afrikada (83 faiz), Qərbi Asiyada (82 faiz), ən az isə Qərbi Avropa (25) regionundadır.

Yaponlar sorğu zamanı ölkələri uğrunda döyüşməyə ən az (11 faiz) hazır olan respondentlər olublar. Almanların 13 faizi, britaniyalıların 27 faizi, fransızların 29 faizi ölkələri uğrunda döyüşməyə hazırdır.

Rəyi soruşulmuş qadınların əksəriyyəti (52%) kişilərlə birlikdə vuruşmağa (67%) hazır olduqlarını bildiriblər.

Dini əlamətlər üzrə müsəlmanlar daha döyüşkən (78%) çıxıblar. Sonra hindular (77%) və buddistlər (66%) gəlirlər. Rusiya və Şərq pravoslavlarında bu göstərici 53% olub.

Sorğunun nəticələrinə görə, azərbaycanlıların 85 faizi Vətən uğrunda döyüşməyə hazırdır. Azərbaycanlılar ölkələri uğrunda döyüşməyə hazır olan xalqlar sırasında 6-cı yerdə qərarlaşıb.

Gürcülər 76 faizlik göstərici ilə 9-cu, ermənilər 72 faizlik göstərici ilə 15-ci yerdə qərarlaşıb. Siyahıya 94 faizlik göstərici ilə Mərakeş və Fici başçılıq edir.

Ukraynalılar 62 faizlik göstərici ilə 24-cü, ruslar 59 faizlik göstərici ilə 27-ci, İsrail 66 faizlik göstərici ilə 20-ci yerdə qərarlaşıb.

Sorğuya 62398 respondent (hər ölkədən 1000 nəfər) cəlb edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam