Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilər -Paşinyanın istefasını tələb edir

Ermənilər Paşinyanın istefasını tələb edir

Ermənistan əhalisinin təxminən yarısı hesab edir ki, Baş nazir Nikol Paşinyan istefa verməlidir.

Yenixeber.org: Bu barədə sosial sorğular üzrə ixtisaslaşmış “Gallup” təşkilatının Ermənistan üzrə təmsilçisi Aram Navasardyan keçirdiyi mətbuat konfransında bildirib.

Ermənistanın bütün vilayət və şəhərlərini əhatə edən sorğu noyabrın 25-dən dekabrın 2-nə qədər telefon vasitəsilə keçirilib.

"Paşinyan hazırda nə etməlidir?” sualına rəyi soruşulanların 38 faizi cavab verib ki, Baş nazir fəaliyyətini davam etdirməlidir, 45 faiz isə hesab edir ki, o istefa verməlidir”, - deyə Navasardyan qeyd edib.

2020-ci ilin iyulunda “Gallup”un keçirdiyi sorğuya Paşinyanı əhalinin 85 faizi dəstəkləyirdi. Göründüyü kimi artıq dekabrda bu rəqəm 38 faizə düşüb.

Navasardyan deyib ki, oktyabrın 26-da Baş nazirin canlı yayımda Ermənistanın güzəştə getməli olduğunu bildirməsi və noyabrın 9-da təslimçi sazişə imza atması onun reytinqinin sürətlə düşməsinə səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam