Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Avropa Məhkəməsi Azərbaycan qarşı bu şikayətlər üzrə qərarlarını elan edib-SİYAHI

Açiq mənbələrdən foto.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, dekabrın 16-da Azərbaycandan göndərilmiş 7 şikayət üzrə 3 qərarını elan edib. Qərarlar icazəsiz aksiyada iştirak, mülkiyyət hüququna müdaxilə və torpaq sahəsinin özəlləşdirlməsindən imtina ilə bağlıdır.

Yenixeber.org: Məlumata görə, qərarlardan biri iddia edilən pozuntuları etiraf edən hökumətin birtərəfli bəyannaməsinə əsasən çıxarılıb, bir qərarda tərəflər dostca anlaşıblar, sonuncu qərarda şikayət qəbuledilməz sayılıb.

"Şirinli və Əmrah Azərbaycana qarşı" işi Tariyel Şirinli və Heybət Əmrahın icazəsiz elan edilmiş kütləvi aksiyada iştirak etmələri əsası ilə saxlanılmaları, inzibati qaydada həbs olunmaları, barələrində töhmət tədbirinin seçilməsi, hüquqi yardımla təmin edilməmələri ilə bağlıdır. Ərizəçilər iddia edirdilər ki, onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə baş verib.

Ərizənin komunikasiyası zamanı hökumət, ərizəçilərin azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş vediyini etiraf edib, buna görə ərizəçilərə təzminat ödəməyə razı olduğunu ifadə edən birtərəfli bəyannamə təqdim edib. Ərizəçilər bəyannamənin şərtləri ilə razılaşmasalar da, AİHM ərizəni bəyannamənin şərtləri əsasında baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Qərara əsasən, hökumət Tariyel Şirinliyə 3500, Heybət Əmraha isə 6500 avro təzminat ödəməlidir.

"Mirzəbəyov və başqları Azərbaycana qarşı" işi mülkiyyət hüququna müdaxilənin baş verməsi iddiaları ilə bağlı idi. Yerli məhkəmələrin çıxardıqları qərarlar icra edilməyib. Ərizəçilər onlara münasibətdə mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun baş verdiyini iddia edirdilər.

Kommunikasiya zamanı tərəflər AİHM-ə dostca anlaşma təqdim etdiklərindən, məhkəmə ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Dostca anlaşmanın şərtlərinə görə, hökumət ərizəçilərə – Fevral Mirzəbəyova 3850, Telman Abbasova 3850, Mehman Məmmədova 1750, Mehman Malikova 1750 avro təzminat ödəməlidir.

"Əsgərov Azərbaycana qarşı" işində ərizəçi sahibi olduğu ət kəsimi və emalı müəssisəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən imtina olunmasından, yerli məhkəmələrin bunu qanuni saymasından şikayət etmişdi. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, onun mülkiyyət hüququna müdaxilə baş verib.

AİHM bu şikayəti əsaslı saymayaraq rədd edib. Məhkəmə həmçinin hesab edib ki, bu işdə hökumət fərdi şikayət hüququnun təmin edilməsi ilə bağlı öhdəliklərinə əməl etməyib (bu, ərizəçinin nümayəndəsinin ofisində axtarış aparılması və sənədlərin götürülməsi xüsusatı ilə əlaqəli idi).(Aihmaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam