Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu obyektlərin açılması qadağan edildi - SİYAHI

Binaların atında bu obyektlərin açılması qadağan edildi -    SİYAHI

Azərbaycanda insanlara zərərli təsir göstərən bəzi obyektlərin yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində ictimai təyinatlı obyektlərin yerləşdirilməsinə yol verilməyəcək.
Yenixeber.org: Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.
Sənədə əsasən, həmin obyektlər aşağıdakılardır:

- istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları;

- partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar;

- sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları;

- ixtisaslaşmış balıq mağazaları;

- müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları;

- saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar;

- tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunalar (mənzillərdəki fərdi saunalar istisna olmaqla);

- sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri;

- camaşırxana və kimyəvi təmizləmə müəssisələri (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla);

- ümumi sahəsi 100 m 2- dən artıq olan avtomat telefon stansiyaları;

- ictimai tualetlər;

- dini ayinləri keçirən müəssisələr;

- binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyaları;

- istehsalat sahələri (əlilliyi olan şəxslərin və ahıl insanların əməyindən istifadə edən müəssisələr, o cümlədən quraşdırma və dekorativ işlər emalatxanaları istisna olmaqla);

- baytarlıq klinikaları və kabinetləri;

- təbii və mayeləşdirilmiş qazdan yanacaq kimi istifadə edən cihazların yerləşdirilməsinin nəzərdə tutulduğu ictimai iaşə, ticarət, məişət xidməti və digər təyinatlı obyektlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam