Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu torpaqlarda tikintiyə icazə üçün XİDMƏT HAQQI ödəniləcək

 

 

Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar ayrılarkən sifarişçi tikintiyə rəy verilməsi üçün xidmət haqqı ödəyəcək.

Yenixeber.org: Bununla əlaqədar Nazirlər Kabinetinin “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları”na əlav edilib.
Bu əlavəyə əsasən, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlərin tikintisi üçün torpaq sahələrinin ayrılarkən həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy verilməsinə görə sifarişçi Torpaq Məcəlləsinin 56-cı maddəsinin 10-cu bəndi ilə müəyyən edilən qaydada xidmət haqqı ödəyir.

Qeyd edək ki, bu qaydaya əsasən, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlərin tikintisi üçün torpaq sahələrinin ayrılması ilə əlaqədar texniki-iqtisadi göstəricilərin və digər sənədlərin hazırlanması, razılaşdırılması, tərtibatı və sair xərclər sifarişçinin vəsaiti hesabına həyata keçirilir.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam