Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Həftə sonları fəaliyyətinə  -İCAZƏ VERİLƏN SAHƏLƏR

Azərbaycanda xüsusi karantin rejimi dövründə 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək həftə sonlarında da fəaliyyətinə icazə verilən sahələr məlum olub.

Yenixeber.org: Bu, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:

- hüquq mühafizə, məhkəmə orqanları, hərbi xidmət nəzərdə tutulmuş orqanlar və vəkillər;

- fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları (qurumları);

- səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri;

- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı xidmətləri;

- fasiləsiz fəaliyyət göstərən müəssisələr, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri;

- apteklər, ərzaq mağazaları (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələri;

- kütləvi informasiya vasitələri;

- mühafizə xidmətləri.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam