Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Amnistiya Aktında unudulan məqam…-"Təəssüf ki, o məsələ nəzərə alınmayıb"

 

“Azərbaycanda 8 noyabr – Zəfər günü ilə bağlı daha geniş dairəni əhatə edən Amnistiya Aktının qəbul edilməsinə ehtiyac var”.

Yenixeber.org: Bunu saytımıza hüquqşünaslar Fuad Ağayev və Qulamhüseyn Əlibəyli bildiribər. 

Xatırladaq ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə müzakirəyə çıxarılan amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır.

Amnistiya Aktının şamil olunacağı şəxslərin əhatə dairəsi əvvəlki aktlara nisbətən genişdir. Bura Vətən müharibəsində və Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, bu xidmətlərə görə Azərbaycanın orden və medalları ilə təltif olunmuş şəxslər, Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1948-1953-cü və 1988-1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunan şəxslər, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşən şəxslər, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olan şəxslərin yaxın qohumları və s. imtiyazlı əhali qrupunun nümayəndələri daxildir.  

Bundan başqa, qadınlar, cinayət törədərkən 18 yaşına çatmamış şəxslər, 1-ci və 2-ci dərəcə əlilliyi olanlar da amnistiya aktından yaralana biləcəklər. 

Aktda Cinayət Məcəlləsinin xeyli sayda maddələri ilə məhdudiyyətlər tətbiq olunur. Belə maddələrlə cəza çəkən vətəndaşlar bu humanızm aktondan yaralana bilməyəcəklər. Çünki Amnsitiya Aktı yüngül, az ağır cinayət törətmiş, habelə həbs müddətinin bitməsinə 6 ay və 1 il müddət qalmış  şəxsləri əhatə edir. Burada yenə ağır cinayətlərə məhkum edilmiş, lakin cəzasının bitməsinə az qalmış şəxslərin aktdan yararlanmaq hüququ məhdudlaşdırılır.  

Gözləntilərə rəğmən, siyasi məhbus hesab edilən şəxslər, habelə ötən ilin iyulun 14-də Bakıda keçirilən yürüşə görə məhkum edilmiş şəxslər də humanzim aktından kənarda qalacaqlar. Bu hal müxalif partiyalar tərəfindən tənqid olunur. 

Hüquqşünas Fuad Ağayev istənilən amnistiya aktını müsbət hal kimi qiymətləndirdiyini deyir. “Beş ildir, Azərbaycanda belə bir akt qəbul edilmirdi. Bu aktın əvvəlkilərdən fərqinə gəlincə, sənəd hazırkı iqtidarın dövründə daha geniş şəxsləri əhatə edən, yəni daha geniş çevrələrin hüquqlarına toxunan sənəddir. Amma 1992-ci ildə qəbul edilmiş amnistiya aktı ilə müqayisə etsək, bunu demək çətindir. Ola bilsin, həmin vaxt akt daha az sayda vətəndaşa şamil olunub. O zaman cinayət işlərinin, həbsdə olanların sayı da indikindən qat-qat az idi. Məsələn, həbs müddətinin bitməsinə 2 il qalmış şəxslər də cəzasının çəkilməmiş hissəsindən azad edilirdilər”, – deyə Ağayev vurğulayıb. 

Amnistiya Aktındakı çatışmazlıqlara gəlincə, hüquqşünas bildirib ki, siyasi sistemin müxtəlif cinahlarında olan ekspertlərin prosesdə iştirak etməməsi mənfi haldır: “Onların bu layihənin hazırlanmasına cəlb edilməməsi subyektivlik amilini gücləndirir”. 

Hüqüqşünas deyir ki, amnistiya aktlarının şamil edilməyəcəyi şəxslərin dairəsinə mənzil hüququ, şəxsi toxunulmazlıq hüququ, qanunsuz dinləmə, şəxsi məlumatları ələ keçirilməsi və s . cinayətlər törətmiş şəxsləri daxil etmək lazımdır: “Çünki bu, olduqca ciddi pozuntu kateqoriyasıdır və Azərbaycan cəmiyyəti üçün çox aktualdır. Eyni zamanda, bu cür cinayətlər bialavasitə dövlət orqanları ilə əlaqəli olan məsələlərdir”.

F. Ağayevin sözlərinə görə, Milli Məclisə göndərilən layihənin sırf qanunvercilik texnikası baxımından da çatışmazlıqları var: “Ola bilsin, akt qəbul edilənə qədər onların bir hissəsi aradan qaldırılsın. Bunun da səbəbi odur ki, daha geniş mütəxəssislər qrupu layihənin üzərində işləməyə dəvət edilmirlər”. 

Fuad Ağayev Amnistiya Aktlarının verilməsi ilə kifayətlənməyi doğru saymır. Bildirir ki, Azərbaycanın dövlət müstəqilliyininn bərpasının 30 illik yubleyinin qeyd olunduğu ildə daha geniş bağışlamaya ehtiyac var: “Bu, əfv sərəncamları vasitəsi ilə həyata keçirlsə, daha məqbul olar. Məsələn, siyasi məhbusların əksəriyyəti elə maddələrlə təqsirli bilinirlər ki, həmin maddələr ağır və xüsusi ilə ağır cinayətlər kateqoriyasına aiddir. Onları unutmaq olmaz, onları da düşünmək lazımdır. Belə bir addım milli barışığa gətirib çıxara bilər”.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib ki, Amnistiya Aktı dövlətin cinayət törədən, cəza çəkən vətəndaşlarına münasibətini ifadə edir. Onun sözlərinə görə, dövlətlər vaxtaşırı bu hüquqdan istifadə edib həbsdəki vətəndaşlarını ya cəzanın çəkilməmiş hissəsindən azad edirlər, yaxud cəzalarını daha yüngül cəzalarla əvəz edirlər: “Bu cür aktlar məzmun etibarı ilə bir-birinə oxşardır. Azərbaycanda sonuncu dəfə amnistiya 2016-cı ildə verilib. Bu aktın əvvəlkilərə nisbətən üstünlüyü ondan ibarətdir ki, cəzanın çəkilməmiş hissəsindən azad edilən, o cümlədən cəzanın qalan hissəsi azaldılan, yaxud yüngülləşdirilən şəxslərin dairəsi geniş götürülüb. Aktda xeylıi dərəcədə subyektlər dairəsi müəyyən edilib, şəxslərin fiziki statusu daha çox nəzərə alınıb”.  

Hüquqşünas təəəsüflə bildirir ki, siyasi məhbus hesab edilən şəxslər adətən konkret olaraq siyasi fəaliyyətə görə maddələrlə məhkum olunmurlar: “Bu aktın tətbiq olunmayacağı şəxslərin dairəsi də genişdir. Cinayət Məcəlləsinin bir xeyli maddəsi var ki, onlara görə məhkum edilən şəxslər kənarda qalacaqlar. Ümumiyyətlə, cinayət qanunvericiliyində amnistiyanın məhdudlaşdırılması halları var. 1994-cü ildə qanun qəbul edilib ki, amnistiya aktları hansı şəxslərə tətbiq oluna bilməz: 20 yanvar, Xocalı faciələrində əli olan olanlar, Azərbaycanın ərazilərinin işğal olunmasında təqsirkar bilinən şəxslər. Bu aktda da xeyli maddələr sadalanır ki, vətəndaşlar aktın tətbiq ediləcəyi kateqoriyaya daxil olsalar belə, onlara şamil edilməyəcək. Bildiyim qədər, siyasi fəaliyyətə görə məhkum edilmiş şəxslər ağır cinayətlər törətməkdə təqsirli biliniblər”. 

Q.Əlibəylinin sözlərinə görə, Amnistiya Aktının ötən il Bakıda keçirilmiş Qarabağ mitinqinə görə həbs olunmuş şəxslərə də tətbiq olunması doğru olardı: “Ümumiyyətlə, bu amnistiya dövlətin mərhəmətinin nümayişidir. Dövlətə qarşı ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, hamının bu humanizmdən yararlanmaq hüququ var. Kimlərinsə cəzası azaldılmalıdır, kimlərsə azad edilməlidir, məhkumluğu şərti cəzalara çevrilməlidir. Bir qayda olaraq, şərti cəzaya məhkum edilmiş şəxslər hansı maddə ilə mühakimə olunduqlarından asılı olmayaraq, cəzadan azad edilməlidirlər. Çünki şərti məhkum olunublarsa, demək, onlar cəmiyyət üçün faydalı hesab olunurlar. Çox təəssüf ki, bu aktda bu məsələ yoxdur. Ümumiyyətlə, bu aktda əsas çatışmayan cəhətlərdən biri odur ki, şərti məhkum olunmuş şəxslərin dairəsi məhdudlaşdırılır”. 

Hüquqşünas hesab edir ki, Zəfər Günü ilə bağlı daha geniş bir aktın qəbul edilməsinə ehtiyac vardı.(pressklub) 

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam