Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

200-ə yaxın məhbus azadlığa buraxıldı

trend_amnistiya_afv_150616_17

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi amnistiya aktının icrası nəticəsində bu gün 200 nəfərə yaxın məhkum penitensiar müəssisələrdən azadlığa buraxılıb.
Xeberinfo.com:  Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov bildirib.

Rəis müavini bildirib ki, 28 May – Respublika Günü münasibətilə qəbul edilən amnistiya aktı 15 iyundan etibarən 4 ay müddətində icra olunacaq:
“Artıq penitensiar müəssisələrdə aktın icrasına başlanıb. Amnistiya aktı 4 ay müddətində icra olunacaq və ümumilikdə 10 min məhbusa şamil ediləcək. Həmin məhbuslardan 3500 nəfər cəzasının çəkilməmiş hissəsindən azad ediləcək”.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 20-də keçirilən iclasında amnistiya aktı qəbul edilib.
Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
İyunun 15-dən etibarən amnistiya aktının icrasına başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam