Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KİV: -"Moskvada Azərbaycan və Ermənistan arasında 2 sənəd imzalanacaq"

KİV: Moskvada Azərbaycan və Ermənistan arasında 2 sənəd imzalanacaq

Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında 2 yeni sənəd imzalanacaq.

Yenixeber.org: Bu barədə Ermənistan mətbuatı diplomatik mənbə məlumat yayıb.

"Gözlənilir ki, son anda forsmajor hal baş verməzsə, sənədləri Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayacaqlar”, - xəbərdə vurğulanıb.

Sənədlərdən biri Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasına aiddir. Bu sənədə əsasən, rəsmi Bakı və İrəvan SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci il xəritələrinə əsaslanaraq bir-birilərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyır.

Digər sənəd regionda kommunikasiya əlaqələrinin, xüsusilə dəhliz-yolların açılmasının detallarından, eləcə də Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqənin qurulmasından bəhs edir.

Məlumatda bildirilib ki, sənədin imzalanması üçün 9 noyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 2020-ci ilin məhz bu günü Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Rusiya Prezidentinin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanat imzalamışdılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam