Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“QARABAĞDA ERMƏNİ QALMAYACAQ...” –Qarabağdan qaçan ermənilər Paşinyandan nə istəyir?

44 günlük müharibə zamanı Ermənistana qaçan ermənilərin böyük qismi geri qayıtmağı heç ağlının ucundan da keçirmir. Bunu son günlər İrəvanda həmin ermənilərin tez-tez keçirdikləri etiraz aksiyaları da təsdiqləyir.

Yenixeber.org: Erməni mətbuatı xəbər verir ki, oktyabrın 12-də İrəvandakı hökumət binası qarşısında aksiya keçirən Qarabağdan qaçan ermənilər sosial vəziyyətlərinin yaxşılaşdırılmasını və Ermənistanda yaşayış və iş yerlərilə təmin olunmalarını tələb ediblər.

Aksiyada iştirak edən “Hadrut naminə” ictimai birliyinin başçısı Levon Ayriyan jurnalistlərə açıqlamasında hökuməti tənqid edərək, ermənilərin zorla Qarabağa qaytarılması planını pisləyib: “Keçən dəfə heç olmasa sosial problemlərimizin müvəqqəti də olsa həll ediləcəyinə dair söz vermişdilər. Onlar bizə adambaşına cəmi 25 min dram (50 dollar-red.) vermək qərarına gəliblər, hələ bu pulu necə xərcləməli olduğumuza dair məsləhətlər də verirlər...”

 

 

Qarabağa qayıtmaq məsələsinə gəlincə, L.Ayriyan “milli azadlıq hərəkatı”nın mənasını itirdiyini və hər şeyin bitdiyini söyləyib: “”Artsax”a (Qarabağ-red.) dönməyin o vaxt mənası olardı ki, orada milli azadlıq uğrunda mübarizə başlayardı. Mübarizə isə yoxdur. Azərbaycan hakimiyyəti Qarabağ adlı ərazi vahidinin ləğv edildiyini, artıq olmadığını deyir, Rusiya Prezidenti isə deyir ki, Qarabağ hər zaman Azərbaycanın olub və belə də qalacaq. Mən isə deyirəm ki, “artsax”a Ermənistanın tərkibində, yaxud müstəqil status verilməsə, orada erməni qalmayacaq. İndi bizə izah etsinlər ki, bizi hara və niyə göndərirlər? Niyə bizim harada ev tikəcəyimizə dair qərarı siz verməlisiniz?”

Aksiyada iştirak edənlər Ermənistanın istənilən nöqtəsində yaşamağa razı olduqlarını, ancaq heç bir halda Qarabağa qayıtmaq istəmədiklərini bildiriblər. Onlar adambaşına 50 dollarla yaşamağın mümkün olmadığını deyərək, Paşinyan hökumətindən sosial vəziyyətlərinin yaxşılaşdırılmasını tələb ediblər.

Erməni mətbuatı rəsmi statistikaya əsaslanaraq, vaxtilə işğal altında olmuş ərazilərimizdən, eləcə də hazırda sülhməramlıların nəzarətindəki bölgədən ümumilikdə 21 615 nəfərin Ermənistana qaçdığını yazır. Və bu rəqəm çoxalmaqdadır.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam