Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ERMƏNİLƏR ÖVLADLARININ QARABAĞA GÖNDƏRİLMƏSİNİ İSTƏMİRLƏR – İrəvanda aksiya

 

Ermənistanda əhalinin Qarbağdakı qanunsuz hərbi birləşmələrə münasibəti getdikcə daha da neqativ xarakter daşımağa başlayır. Müharibədəki acı məğlubiyyət erməniləri öz övladlarını Qarabağa hərbi xidmətə göndərməkdən çəkindirir.

 Yenixeber.org: Erməni KİV-ləri bu gün çağırışçıların valideynlərinin İrəvandakı Hərbi İnstitutun qarşısında etiraz aksiyası keçirdiyi və yolu bağladıqlarına dair məlumat yayıb. Aksiyada çağırışçılarla yanaşı hərbi əməliyyatların dayandırılmasından sonra Dağlıq Qarabağdan məzuniyyət üçün Ermənistana qaytarılan əsgərlərin valideynləri də iştirak ediblər. 

Belə ki, həmin əsgərlərin bir qrupuna yenidən bu ərazilərə qaytarılacaqları haqda xəbərdarlıq edilib. Onların valideynləri isə bunun əleyhinə çıxıb və övladlarının Qarabağa göndərilməsinə imkan verməyəcəklərini bildiriblər.

Valideynlərdən biri özləri kimi, uşaqlarının da Qarabağa getməkdən imtina etdiklərini deyib: “Bizə həmin gün sözbə söz belə demişdilər ki, Rusiya və Azərbaycan əsgərlərimizi Qarabağda xidmət etməyə buraxmır. Biz dedik ki, yaxşı, qoy püşkatma keçirilsin və uşaqlar Ermənistanda xidmət etsinlər. İndi isə deyirlər ki, yox, onlar yenidən Qarabağa qayıtmalıdır. Uşaqlardan heç biri bunu istəmir və biz də buna yol verməyəcəyik”.

Çağırışçıların valideynləri həm də Qarabağa gedən yolun çox təhlükəli olmasından gileyləniblər. Onlar deyiblər ki, uşaqlarının Qarabağa sağ-salamat gedib çıxacaqlarına heç kim təminat vermir: “Bizə heç kim təminat vermir ki, uşaqlarımız Qarabağa qədər salamat gedib çata biləcəklər. Ona görə də onlar heç yerə gedən deyillər. Biz yolu bağlayacağıq və avtobusları buraxmayacağıq”. 

Valideynlər övladlarının məhz Ermənistanda hərbi xidmət keçəcəklərinə təminat tələb ediblər və bildiriblər ki, nazirlik rəsmən bununla bağlı onlara təminat verməlidir.

Valideynlərdən biri deyib ki, onun oğlu Qarabağa hərbi xidmətə ötən ilin yayında göndərilib və cəmi 4 ay xidmət keçəndən sonra müharibə başlayıb. İndi o, yenidən Qarabağa qayıdıb orada yaşadığı dəhşətləri təkrar yaşamaq istəmir. 

Daha bir aksiya iştirakçısı isə bildirib ki, müharibə faktiki olaraq bitməyib və hərbi əməliyyatların dayandırılmasından sonra da əsir götürülənlər, öldürülənlər var.

Xatırladaq ki, 10 noyabr sazişindən, yəni müharibə bitəndən təxminən iki həftə sonra Ermənistanın Şirak vilayətindən 100-dən artıq erməni Qarabağa göndərilərək, Xocavənd istiqamətindəki kəndlərdə möhkəmlənməyə cəhd etmişdilər. 

Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində həmin dəstə zərərsizləşdirilmiş, onların böyük qismi əsir götürülmüşdü. Artıq Azərbaycan tərəfi onları hərbi əsir deyil, terrorçu, diversant qismində qəbul edir. 

Bu isə onsuz da müharibədən gözü qorxan erməniləri daha da böyük təşvişə salıb. Elə əsgər valideynlərinin etirazlarında da bu amil əhəmiyyətli rol oyanayır. Görünür, Qarabağ Müharibəsinin nəticələri erməni cəmiyyətinin nəhayət ki, soyuq başla düşünməsinə imkan yaradıb.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam