Ermənistanın xarici ölkələrdən peşəkar muzdlu döyüşçülərin gətirməsi hələ keçmiş prezident S.Sərkisyanın dövründən məlumdur. Belə ki, S.Sərkisyan ilk dəfə Prezident seçkilərinə qatılanda seçicilərlə görüşündəki çıxışlarının birində Suriya və İraqdan 60 min PKK üzvünün Qarabağa gətirəcəyinə söz vermişdi.

Yenixeber.org: Bunu Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.

O qeyd edib ki, lakin bu sayda döyüşçünün gətirilməsindən öncə onların sosial problemlərini həll etmək lazım idi: “Odur ki, keçmiş Hadrut, Əsgəran rayonlarında eləcədə Laçın, Kəlbəcər və Qubadlı ərazilərində qəsəbə tikintilərinə, Şuşa, Xankəndi şəhərlərindəki çoxmərtəbəli yaşayış binalarının təmir edilməsinə start verildi”.

Laçın rayonunun Zabux kəndi. Kənddə azərbaycanlıların evləri sökülərək yerində hərbi qəsəbə salınır.

F.İsmayılov vurğulayıb ki, Ermənistan adı çəkilən ölkələrdən PKK üzvlərini və narkotik ticarətçilərini Qarabağda məskunlaşdırmağa başlayıb: “Faktiki olaraq Qarabağda məskunlaşdırılan ermənilərin sayı Qarabağda yaşayan ermənilərin sayından 1,5 dəfə çoxdur. Birinci Qarabağ müharibəsindən sonra Qarabağda ermənilərin sayı 30 min idisə, hal-hazırda onların sayı 70-80 min civarındadır.

Ermənilər işğal altındakı ərazilərimizdə 1992-ci ildən başladıqları süni məskunlaşdırma, beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə konvensiyasını, müxtəlif beynəlxalq hüquqi sazişlərini qəsdən ayaq altına atırlar.

Son günlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə Livandan ermənilərin köçürülüməsi məsələsi araşdırılarkən məlum oldu ki, Qarabağa ermənilərin iddia etdikləri kimi mülki əhali deyil, peşəkar muzdlu döyüşçülər və onların ailələri gətirlib. Bu cür məskunlaşdırılma beynəlxalq hüquqda müharibə cinayəti adlandırılır.

“Respublika Armeniya” saytının verdiyi məlumata görə, Livandan 20 min erməni ailəsinin gətirilməsi planlaşdırılır. Avqustun axırlarında 800 erməni İrəvan vasitəsi ilə Qarabağa gətirilib.

Livandan peşəkar muzdlu döyüşçülərin Qarabağa gətirilməsinə “Hayastan” Umumerməni fondu 312 milyon dollardan çox, Qarabağın erməni icması rəhbərliyi tərəfindən 51,3 min, erməni əsilli amerikalı əxlaqsız Kim Kardaşyan isə 70 milyon dollar vəsait ayırıb. Bu vəsaitlər hesabına Qarabağda məskunlaşdırılan ermənilər Azərbaycan ordusuna qarşı vuruşacaqlar.

Şuşada və Xankəndində onlarla bina təmir edilərək hazır vəziyyətə gətirilmişdir.

Qubadlı rayonu Xanlıq kəndində inşa edilən hərbi qəsəbə

Keçmiş Ağdərə rayonunun Madagiz kəndidə inşa edilən hərbi qəsəbə

Keçmiş Ağdərə rayonunun Talış kəndidə inşa edilən hərbi qəsəbə