Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Gülnarə Kərimovaya yüz milyon dollarla rüşvət ötürdü-65 milyon dollar haqq aldı

Böyük Britaniyanın Mühafizəkarlar partiyasının iri sponsorlarından biri olan Muhammed Amersi Özbəkistanın mərhum keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya yüz milyonlarla dollar rüşvətin ötürülməsində “məsləhətçi” olub.

Yenixeber.org: Bu haqda “The Guardian” yazır. Bildirilir ki, İsveçin “Telia” telekommunikasiya nəhəngi vaxtilə Özbəkistan bazarına girmək üçün Gülnarə Kərimovaya 220 milyon dollar rüşvət verəndə məhz Amerinin xidmətlərindən istifadə edib.

Muhammed Amersi 6 il ərzində “Telia” şirkəti ilə əməkdaşlıq edib və şirkətin Mərkəzi Asiyanın mobil rabitə bazarına çıxışında mühüm rol oynayıb. Həmin dövrdə vasitəçilik xidmətlərinin əvəzində 65 milyon dollar alıb. Bu pulların bir qismini Böyük Britaniyada daşınmaz əmlaka yatırıb.

61 yaşlı Keniya sakini Amersi 2019-cu ildə keçirilən parlament seçkiləri zamanı Mühafizəkarlar partiyasına 136 min dollar yardım edib. Daha əvvəl isə indiki baş nazir Boris Consonun partiya sədri seçilməsi üçün apardığı kampaniyanın sponsorlarından biri olub.

G.Kərimova hazırda həbsdədir və onun xaricdəki bank hesabları dondurulub. Özbəkistan hakimiyyəti keçmiş prezidentin qızının pullarının bir qismini ölkəyə qaytarmağa nail olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam