Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabiq prezidentin qızına qarşı cinayət işi açıldı-ABŞ-da

Birləşmiş Ştatlar ilk dəfə olaraq Özbəkistanın mərhum prezidentinin qızı Gülnarə Kərimovaya ittihamlar irəli sürüb. O, beynəlxalq rüşvətxorluq sxemində iştirakda, ABŞ-ın xarici korrupsiya qanunlarını pozmaq qəsdində ittiham olunur

Yenixeber.org: Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl G.Kərimova Daşkənddə qəfil saxlanıb, ev dustaqlığını pozmaqda suçlanaraq həbsxanaya göndərilib. Bundan öncə də ABŞ-da məhkəmə sənədlərində Kərimovanın adı ehtimal kimi səslənirdi, amma indi ilk dəfə olaraq ona aydın şəkildə ittiham irəli sürülüb.

Ədliyyə Departamentinin bildirdiyinə görə, bu, ABŞ Xarici Korrupsiya Praktikaları Aktı çərçivəsində ən böyük rüşvətxorluq sxemidir.

Bu həm də Özbəkistan hökumətinin mərhum prezident Islam Kərimov erasının fiqurlarını, onun qohumlarını belə hədəfə almağa başladığını göstərir. Bu ittihamlar Rusiyanın ən böyük mobil şəbəkə provayderi olan MTS-in iştirak etdiyi rüşvətxorluq sxemindən qaynaqlanır. Şirkət martın 7-də elan edib ki, rüşvət və korrupsiya işinə xitam verilməsi üçün 850 milyon dollar təzminat ödəyəcək.

ABŞ məhkəmə sənədlərinə görə, Kərimova və onun Behzad Əhmədov adlı köməkçisi Özbəkistanda mobil telefon lisenziyası üçün 11 il ərzində – 2001-ci ildən 2012-ci ilədək 865 milyon dollarlıq rüşvət qoparıblar.

Bu şirkətlər MTS, VimpelCom və TeliaSonera Skandinaviya şirkəti olub. Onların Birləşmiş Ştatlar və digər xarici tənzimləyici qurumlara rüşvətxorluq sxemlərinə görə böyük məbləğlər ödədiyi bildirilir.

Aazadliq.org-un yazdığına görə, G.Kərimovanın hazırda harada olduğu dəqiq bilinmir. B.Əhmədov isə 2012-ci ildə Moskvaya qaçıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam