Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

6 İL ƏVVƏL AÇIQLANMIŞ QARABAĞ SSENARİSİ VƏ MİNALANMIŞ SAHƏLƏRİN XƏRİTƏSİ 

 

ABŞ-ın geosiyasi kəşfiyyat-tədqiqat platforması və nəşri Stratforda hələ 2015-ci ilin sentyabrında bu gün, bəlkə, əvvəlkindən daha da maraqlı görünən Gaming Out Nagorno-Karabakh məqaləsi dərc olunmuşdu.

Yenixeber.org: Baxın, Stratfor nə yazırdı: 

“Təsdiq olunmamış hesabatlara görə, tərəflər tezliklə status-kvonu dəyişəcək danışıqlar aparırlar. Mümkün razılaşmanın ssenarisi belədir: erməni silahlı qüvvələri Qağlıq Qarabağın öz ərazisindən yox, onun ətrafındakı 7 rayondan tam çıxarılacaq. Rusiya sülhməramlıları erməni SQ-ni əvəz edərək bölgəyə yeridiləcək. Ermənistana Laçın dəhlizi vasitəsi ilə DQ-a çıxış saxlanılacaq. Amma 7 ətraf rayonda yaşayan ermənilər Qarabağa və ya Ermənistana köçməyə məcbur olacaq. Qoşunların çıxarılması müqabilində Ermənistan, Rusiyadan böyük maddi və hərbi yardımın alınması, Türkiyə və İran kimi digər regional oyunçularla ticarəti asanlaşdırmaq üçün sərhədlərin açılması da daxil olmaqla, iqtisadi üstünlüklər əldə edəcək”. 

Təsvir olunan səhnənin (sentyabr, 2015) bundan beş il sonra (noyabr, 2020) yaradılan real mənzərə ilə müqayisəsi necədir? 

Məqalənin tarixi ilə yanaşı, illüstrasiyasına (BRENDAN HOFFMAN/Getty Images) da diqqət yetirin. Şəklin altında yazılıb: “Stepanakertdəki (DQ) qeyri-hökumət təşkilatında təmizlənmiş və zərərsizləşdirilməmiş mina sahələrinin xəritəsi”. Sonuncu “bizdə minalanmış sahələrin xəritəsi yoxdur” deyən Ermənistanın böyük yalanını ifşa edir.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam