Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ramiz Mehdiyevin Elnur Allahverdiyevi... -İLGİNC FAKTLAR

 
Şəkildə gördüyünüz bu şəxs 17 saylı 3-cü Yasamal seçki dairəsindən millət vəkili seçilən Elnur Allahverdiyevdir.
Yenixeber.org: Elnur Allahverdiyevlə tanış olmaq istəyənlər vaxt ayrıb internetdə axtarış apara bilərlər. Axtarış aparan istənilən şəxs də çox güman ki, Elnur Allahverdiyevin vaxtilə Ayaz Mütəllibovun yaxın dostu və Heydər Əliyevin qatı əleyhdarı olan Marat Allahverdiyevin oğlu olduğu barədə bilgiyə malik olacaqlar. Marat Allahverdiyev Ayaz Mütəllibovun zamanında Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, daha sonra sədri, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri işləyib. Onun Heydər Əliyevin tərəfdarlarının görüşlərinə nəzarət etmək üçün indiki Hüseyn Cavid parkında o zaman balaca bir obyekti olub. Hələ o vaxt Marat Allahverdiyev və dostları orada gizlicə yığışıb müzakirə aparar, ulu öndərin tərəfdarlarına qarşı planlar qururmuşlar. Düzdür, siyasətdə belə bir deyim var, oğul ataya, ata da oğula görə cavabdeh deyil. Lakin atalarımızın da bir sözü var – ot öz kökü üstündə bitər, o da ot olsa, daha alaq yox…

Misal üçün, kim inanardı ki, Marat kişinin oğlu Elnur Allahverdiyev 2020-ci ildə Ramiz Mehdiyevin siyahısı üzrə deputat seçiləcək?! Ancaq onun hansı saxta yollarla deputat seçilməsi məsələsini qoyuruq bir kənara. Lakin qayıdaq Elnur müəllimin biznes yüksəlişinə…

Bəli, Elnur Allahverdiyev uzun müddət “ABC Telekom” şirkətinin rəhbəri olub. Bu şirkət “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. “Kontakt Home” haqqında isə bu günə qədər kifayət qədər yazılıb, deyilib. Özü də əsasən mənfi cəhətləri, müştərilərinin ciblərinə girmələri və s. şikayətlər əsasında. Bir sözlə, haram nə haram!

Beləliklə, bu şəxs yerli mediada “sələmçilik edən, vətəndaşların cibinə girən, insanların ləyaqətini alçaldan” qəddar fərd kimi qələmə verilir. “Kontakt Home” mağazalar şəbəkəsində bir sıra qanunsuzluqlarla, özbaşınalıqlarla, istehlakçıların hüquqlarını pozmağa yol verir. (http://teref.az/manset/164909-kontakt-homeun-sahibi-elnur-allahverdiyev-kimdir-.html) (Gündəlik Bakı”nın Araşdırma Qrupu(gundelik-baku.com)

Xatırlatma üçün onu da bildirək ki, ölkə mətbuatında Elnur Allahverdiyevin adı eyni zamanda “Azercell”in üst-distribütor seçdiyi, cəmiyyətdə “monopolist” kimi tanınan 3 iri şirkətdən biri olan “ABC-Telekom” MMC-nin (digərləri “Akhundoff Networks” və “İntegralplus”) sahibi kimi keçir.

“Kontakt” mağazalar şəbəkəsi faizsiz reklam fırıldağı ilə vətəndaşları aldadaraq cəlb edir, ancaq əslində isə heç bir faizsiz kampaniyadan söhbət gedə bilməz. Əksinə, bütün mallara əlavə olaraq 15, 26, 31 faiz dərəcələri yüklənir. Vətəndaşlar da yalançı reklama aldanaraq özləri də bilmədən bu şirkətin qurbanına çevrilir.(milletinsesi.info)

https://milletinsesi.info/article/az/177879

Analoq.az saytının baş redaktoru Savalan Talıblı KONKRET.az-a bildirib ki, bu günlərdə redaksiyaya vaxtilə Elnur Allahverdiyevin rəhbərlik etdiyi “Kontakt Home” şirkətində çalışan bir xanımın şikayəti daxil olub. Baş redaktor deyib: “Həmin şikayət üzrə millət vəkilinin vatsap nömrəsinə münasibət öyrənmək üçün yazdıq ki, sizi bir məsələyə görə narahat edirik, sizinlə bu barədə danışmaq istərdik. Millət vəkili bizim mesajı oxuyan kimi nömrəmizi dərhal vatsapda blokladı.

Ramiz Mehdiyevin Elnur Allahverdiyevi...

Hörmətli Elnur Allahverdiyevin nəzərinə yetirək ki, ən azı siz nəzakət xətrinə bizim mesajı cavablandırmalıydınız. Cavab verməmək də sizin haqqınızdır, amma bu şəkildə yox. Əgər bu ölkənin lideri, cənab Prezident jurnalistləri özünə ən yaxın dost kimi bəyan edirsə, Elnur müəllimin bu yanaşmaya əks olaraq özünü təkəbbürlü aparması anlaşılan deyil. Bir sualı cavablandırmaqdan yayınmaq isə dolayısı ilə səhvini etiraf etmək anlamını daşıyır. Əks halda, Elnur müəllim ən azından, ya “hə”, ya da “yox” deyərək mediaya qarşı qabadayılıq etməzdi”.

“Beləliklə, ölkə başçısı bütün çıxışlarında jurnalistlərin dostu olduğunu və bir çox məlumatları mətbuatdan oxuduğunu bildirməsinə rəğmən mətbuatdan qaçan Elnur Allahverdiyev kimi məmurlar və millət vəkilləri hələ də ölkə başçısının söylədiyi fikirlərdən nümunə götürməyiblər”, – deyən Savalan Talıblı vurğulayıb ki, Elnur Allahverdiyevin rəsmi “Facebook” səhifəsini incələyəndə də şahidi olub ki, deputat seçilən gündən bu yana bir dəfə də olsun seçiciləri ilə görüşməyib və bu barədə də heç bir paylaşım etməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam