Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Elnur Allahverdiyev kimə güvənir? -İTTİHAM   

      

Yenixeber.org: Yeni Azərbaycan Pariyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər siyahısında nəzərləri cəlb edən şəxslərdən biri də 17 saylı Yasamal üçüncü seçki dairəsindən qalmaqallı namizəd Elnur Allahverdiyevdir. Onun adı milyonlarla “çirkli” pul və vergidən yayınmada hallanır.

Məlumata görə, AİB-in araşdırmaları nəticəsində məlum olub ki, Nazirlər Kabinetinin uzunmüddətli şərtlərlə satışa icazə qərarından sui-istifadə edən işbazlar vətəndaşlara 30-40 faiz bahalı məhsullar sırıyır və ancaq 1 il ərzində bu mağazalarda 1 milyard dollara yaxın pul dövriyyə olunur. Bundan başqa, bu pulların çoxu və alıcılarla müqavilə bağlama mexanizmləri vergidən gizlədilir. Çünki bu işin mahiyyətində sələmçilik durur. Belə ki, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Elnur Allahverdiyevin sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsi kredit verən təşkilat və ya bank deyil.

Reklamı manatla, ödənişi dollarla

Dəfələrlə ölkə mətbuatı Deputatlığa namizəd Elnur Allahverdiyevin sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı oxucu şikayətlərini araşdırmış, bu şirkət və onun sahibi barəsində yazılar dərc edib. Belə ki, mağazalar şəbəkəsinin rəsmi saytı olan “kontakt.az”da mobil telefon, kompyuter və digər məhsulların qiymətləri AZN-lə göstərilib. Məhsul satılarkən də alıcılarla eyni qaydada, süni “nəvaziş”lə rəftar olunur… Lakin ödəniş vaxtlarında məsələnin mahiyyəti ortaya çıxır: sən demə, ödənişi dollar ilə (və ya dolların gündəlik kursuna uyğun) ilə etmək lazımdır! Alıcıların etirazlarına cavab olaraq isə “müqaviləni dollarla bağlamışıq” deyilir. Əlbəttə ki, orta təhsil səviyyəsində olan vətəndaşların əksəriyyəti o müqavilələrdə nəyin nə mənaya gəldiyini aydın bilməyəcək. Xüsusən də, 3-4 gün gecikmə olduqda “bank üsulu” ilə faizlərin əlavəsi, alıcıların boynuna artıq faizlərin yüklənməsi, məsələyə qoluzorlu kollektorların cəlb olunması və s.

Tək bu faktlar həmin mağazalar şəbəkəsinin bağlanılmasına kifayət edir. Çünki qanunvericiliklə, mağaza alıcıya məhsulu yalnız nəğd satış dəyəri ilə müddətli sata bilər, eləcə də, gecikmələrə görə faizlər və aylıq faiz əlavələri yolverilməzdir. Tez-tez sadəlövh alıcıları məhkəmə ilə hədələyən mağaza nümayəndələri əslində yaxşı bilirlər ki, məhkəmə qarşısında uduzan tərəf özləri olacaq. Vətəndaşın imzaladığı qondarma “müqavilə” isə o qədər əhəmiyyət daşımır, çünki insanları aldadaraq onları qanunvericiliyə uyğun olmayan sənədlərə qol çəkdirmək də qanuna ziddir. Bu halda “Kontakt” mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir hüquqi status daşımır. Görünür, bahalaşmasından istifadə edən şirkət rəhbərliyi insanları soymağa, ölkədə sabotajla yaratmağa niyyətlidir. Yaxud, pul hərisliyi sələmçi işbazların gözünü elə tutub ki, ölkənin taleyi barədə düşünməyə vaxt və həvəs yoxdur. Xatırlartma üçün bildirək ki, “Kontakt” mağazalar şəbəkəsinin Bakı şəhərində 40 dan çox mağazası fəaliyyət göstərir. Məlumatlı mənbələrdən öyrəndiyimizə görə, “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir. Bu isə külli miqdarda yeyinti və qanuni vergilərdən yayınma deməkdir.

“Şapka”dan başqa şirkət çıxdı

Maraqlıdır ki, “Kontakt Home” mağazalarında telefon alqı-satqısına dair “kredit” müqaviləsi alıcı ilə “ABC-Telekom” MMC arasında bağlanılır. Niyə məhz “ABC-Telekom” MMC? Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi Elnur Allahverdiyevdir. Xatırlatma üçün bildirək ki, ölkə mətbuatında Elnur Allahverdiyevin adı “Azercell”in 3 monopolist şirkətindən biri olan “ABC-Telekom” MMC-nin (digərləri Akhundoff Networks və İntegralplus) sahibi kimi keçir. Məlumat üçün qeyd edək ki, bizə müraciət edən bir qrup sahibkarın bildirdiyinə görə, kontur kartı və nömrə satışından milyonlar qazanan bu 3 şirkət Azərbaycanda mobil xidmətin ən baha olmasının əsas səbəbkarlarıdır. Və son vaxtlar ölkədə “süni kontur qıtlığı” yaradaraq yüzminlərlə vətəndaşı, sahibkarları, market sahiblərini narazı salırlar.

Araşdırma zamanı o da məlum oldu ki, Elnur Allahverdiyev Sloveniyanın Bakıdakı fəxri konsuludur. Görünür, cənab Allahverdiyev müxtəlif insanların adlarından istifadə etməklə, həm Azercell-də “cəbhə açıb”, həm də ölkəmizin həssas məqamında “Kontakt Home” mağazalar şəbəkəsində əhalini soyaraq milyardlar toplamaq iddiasındadır.

Elnur Allahverdiyev kimə güvənir?

Əldə etdiyimiz məlumata görə, E.Allahverdiyev bundan əvvəl ləvğ edilmiş milli təhlükəsizlik nazirinin müavini Elçin Əliyevin himayəsində olub. Onların dostluğu isə hələ E.Əliyev MTN Səbail İdarəsində rəis işləyən vaxtdan yaranıb. Hər fürsətdən yararlanmağı bacaran E.Allahverdiyev sonradan “dostlar” çevrəsini möhkəmləndirməyə başlayıb və yeni “krışa”lar tapmağa çalışıb. Maraqlıdır ki, MTN işindən “təmiz” sivişib çıxmağı bacaran E.Allahverdiyev indi isə Prezident Aparatının keçmiş şöbə müdiri adı FETÖ ilə yaxın əlaqədə hallanan Elnur Aslanov tərəfindən himayə olunur.(onlinepress)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam