Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Xarici borcumuz artır-PROBLEM

Lakin Maliyyə Nazirliyi ilə "Moody's" reytinq agentliyinin borcun məbləği barədə məlumatları fərqlənir

Yenixeber.org: Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcu 8 milyard 821 milyon dollar təşkil edib. Bu, 2020-ci ilin ÜDM həcminin 20,7 faizi deməkdir. Daxili borclarla birlikdə bu rəqəm 9,1 milyard dollardır. 2021-ci ilin dövlət büdcəsində borcların qaytarılması üçün 2,2 milyard manat nəzərdə tutulub. Əvvəlki illərin borcödəmə rəqəmləri göstərir ki, bu istiqamətə xərclənən vəsaitlər hər il artır.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından cəlb edilmiş kreditlərdən, eləcə də dövlətin beynəlxalq maliyyə bazarlarında yerləşdirdiyi qiymətli kağızlardan ibarətdir. Azərbaycanın birbaşa xarici dövlət borcunun 82 faizi ABŞ dolları, 8,3 faizi avro, 4,6 faizi XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 3,9 faizi yapon yeni, 1,3 faizi isə digər valyutalarda cəlb olunub.

Xarici borclarla birlikdə hökumətin daxili borcları da var. Bu ilin əvvəlinə olan məlumata görə, daxili dövlət borclarının həcmi 1 milyard 942 milyon manatdır, yəni ÜDM-in 2,7 faizi qədər. Ötən il xarici dövlət borcları 2019-cu illə müqayisədə 130 milyon dollar azalsa da, həmin müddət ərzində daxili borcların həcmi yarım milyard manata yaxın artıb. Beləliklə, il ərzində dövlət borclarının toplam həcmində 300 milyon manata yaxın artım baş verib.

Müstəqil ekspertlər bildirilər ki, xarici borcun məbləği Maliyyə Nazirliyinin göstərdiyi rəqəmlərdən daha çoxdur. Belə ki, rəsmi statistikada dövlət zəmanəti ilə alınan borcların heç də hamısı dövlət borcu kimi qəbul edilmir. Halbuki həmin borcların geri qaytarılmasına dövlət zəmanət verib. Hesablama Palatası da dövlət büdcəsi ilə bağlı rəyində hökumətin diqqətinə çatdırmışdı ki, “dövlət zəmanəti ilə alınan borcların bir hissəsi Təminat Fondundan deyil, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Bu isə gələcəkdə dövlət büdcəsi üçün ağır yükə çevrilə bilər”.

Bugünlərdə “Moody’s” reytinq agentliyinin Azərbaycanla bağlı məlumatından da aydın olur ki, ölkənin xarici borcu hökumətin açıqladığından daha çoxdur. Agentliyin hesablamasına görə, 2019-cu ildə Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 32,9 faiz olub. Halbuki rəsmi məlumatda 2019-cu ildə xarici dövlət borcunun ÜDM-ə nisbətinin 18,9 faiz olduğu qeyd edilmişdi.

2019-cu ildə Azərbaycanın ÜDM-i 48,08 milyard dollar olub. Bu baxımdan “Moody’s” ölkənin xarici dövlət borcunu 15,8 milyard dollar məbləğində hesablayıb. Bu rəqəm hökumətin açıqladığı göstəricidən (9,1 milyard) 6,7 milyard dollar və ya 75 faiz çoxdur. Agentliyin hesablamasına əsasən ölkədə adambaşına düşən xarici dövlət borcu 1 min 585 dollar (təxminən 2 min 695 manat) olub.

Deputat Vüqar Bayramov bildirdi ki, Maliyyə Nazirliyi Azərbaycanın xarici borcunun həm məbləğini, həm də ÜDM-dəki payını elan edir:

“Nazirliyin məlumatına görə, 2019-cu ildə Azərbaycanın birbaşa xarici borcu 8,320 milyard dollar olub. Bu, həmin il əldə olunan ÜDM-in 17,3 faizini təşkil edir”.

Bayramov xatırladır ki, bununla yanaşı, dövlət zəmanəti ilə də borc öhdəlikləri var:

“Onun həcmi 771 milyon dollardır. Bu da ÜDM-in 1,6 faizini təşkil edir. Bütövlükdə ölkənin xarici borcu 9,091 milyard dollar göstərilib ki, bu da ÜDM-in 18,9 faizi deməkdir. Məlumdur ki, Maliyyə Nazirliyi müxtəlif beynəlxalq maliyyə qurumlarından cəlb olunan borcun məbləğini hesablayır və açıqlayır. Bu baxımdan, “Moody’s”un xarici borcu hesablayarkən hansı metodologiyadan istifadə etdiyi barədə məlumat yoxdur”.

Deputatın sözlərinə görə, beynəlxalq qurumlar da xarici borcla bağlı Azərbaycanın rəsmi statistikasına istinad edirlər:

“Qeyd etdiyim kimi, Maliyyə Nazirliyi bu rəqəmin ÜDM-də 18,9 faiz paya sahib olduğunu göstərib. Yaxşı olardı ki, “Moody’s” şirkəti tərəfindən xarici borc rəqəmlərinin necə əldə edildiyi barədə açıqlama verilsin və onun əsasında təhlil və qiymətləndirmə aparmaq mümkün olsun”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam