Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ata Abdullayevə kimlər, niyə ehtiyac duyur?

       Ölkədə daxili siyasi münasibətlərin ibtidai səviyyədə qalması təəccüb və təəssüf doğurur

Yenixeber.org: Ard-arda bir neçə ildir Xocalı qurbanlarının xatirəsinin anım günündə eyni mənzərə yaşanır. Özünü jurnalist, bloger kimi təqdim edən Ata Abdullayev adlı vətəndaş Bakıda “Ana Harayı” abidəsini ziyarət etməyə gələn müxalifətçilərin qarşısına çıxır, sual vermək bəhanəsi ilə onları təhqir edir, provokasiyaya çəkir.

Bu mənzərəni polis əməkdaşları müşahidə edir, müxalifətçilərdən əsəbləri dözməyib, reaksiya verənləri dərhal yaxalayıb, avtomobilə əyləşdirirlər. Ötən il “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlini də buna görə saxlayıb, şərti cəza kəsmişdilər. Bu il isə AXCP sədrinin müavini Seymur Həzini saxlayıb, bir neçə saatdan sonra buraxdılar.

Olayla bağlı sosial şəbəkələrdə yayılan videokadrlarda bəlkə də bu rəzalətin mahiyyətini açan bir dialoq var. Müxalifətçilərdən biri polis əməkdaşına müraciət edərək, deyir: “Görürsünüz ki, təhqir edir, niyə reaksiya vermirsiz?” Polis cavab verir: “Suallara cavab vermək lazımdır!” Yəni Ata Abdullayevin təhqir, nifrət dolu qışqırıqları jurnalist sualı hesab olunur və ona cavab vermək məsləhət görülür. Görəsən, həqiqi jurnalistlər qəflətən hansısa dövlət məmuruna yaxınlaşıb, icazə almadan ona sual vermək istəsələr, polis yenə eyni cür davranarmı? Sual əslində ritorikdir…

                   Bəs, Ata Abdullayev kimdir?

“Wikipedia”da yazılanlara inansaq, A. Abdullayev 1982-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb, “Qarabağ” və “Şahdağ” futbol komandalarında oynayıb. Zədə ucbatından 2006-cı ildən futbol kariyerasına son verib. Onun adı bir ara cinayət hadisəsində də keçib. Söhbət AZAL-ın saytındakı qanunla qorunan informasiyalara daxil olaraq xarici vətəndaşlara məxsus kredit kartları ilə ödəniş edib, aviabiletlər alaraq sonradan o biletləri real dəyərindən ucuz qiymətə, nağd pula satan dəstə üzvlərinin cinayət işindən gedir. A.Abdullayevin bu işdən necə canını qurtardığı barədə müfəssəl informasiya yoxdur.

O, 2011-ci ildən videobloger kimi fəaliyyətə başlayıb. Bu fəaliyyəti ərzində müxalifətin keçirdiyi etiraz aksiyalarında “polisə kömək edən şəxs” kimi ictimai diqqətə düşüb. Mediada yayılan fotolarda aksiya iştirakçılarını – qadınları, qocaları polissayağı yaxaladığı görünür. Bir ara o, İtaliyanın Milan şəhərində peyda olaraq orada Ermənistanın baş naziri Nikol Paşinyana rus dilində sual verməyə cəhd etmişdi. Aydındır ki, bu səfər məlumatlı və imkanlı çevrələr tərəfindən təşkil olunmuşdu. Eyni çevrələr onun Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, hətta Azərbaycan prezidenti İlham Əliyevlə foto çəkdirməsini də təşkil ediblər…

Abdullayev karantində kafe-restoranları basıb, sahibkarları və müştəriləri təhqir edərək videoya çəkməklə də “şöhrət” qazanıb. Akademik Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevi məhkəmə zalında alçaldıcı şəkildə sorğu-suala tutması isə yəqin ki, onun “karyera”sının zirvəsidir…

Təsvir olunan mənzərədən aydındır ki, A.Abdullayev biriləri tərəfindən himayə olunur. Ona hakimiyyətin siyasi rəqiblərini təhqir etmək, aşağılamaq, provokasiyaya çəkmək üçün hər cür imkan yaradırlar. Təəssüf doğuran, ürəkbulandıran mənzərədir. Çünki ölkədə siyasi mədəniyyətin səviyyəsini, iqtidar-müxalifət münasibətlərini, alternativ fikrə, mövqeyə münasibəti göstərir. İllərdir bu rəzalət davam edir, cəmiyyətdə qınaq, hiddət doğurur, hakimiyyətə də başucalığı gətirmir, amma Abdullayev nə cəzalandırılır, nə də səhnədən yığışdırılır.

Ola bilər ki, bəzi müxalifət liderlərinə qarşı hakimiyyətdə kin, nifrət var, həmin müxaliflər də iqtidara eyni münasibət bəsləyir. Bu durumu bəlkə də qəbul etmək olar, çünki iqtidar-müxalifət münasibətlərinin bu səviyyədə olduğu yeganə ölkə biz deyilik. Bəs, Xocalı şəhidlərinin anım günündə bu cür səhnələr quraşdırmağa nə ehtiyac var? Bu, şəhidlərin ruhuna təhqir deyilmi? Yaxud, polisin Ata Abdullayevlə birlikdə, onu himayə edən görüntü verməsi hansı ehtiyacdan irəli gəlir? Polis dövlətin ən vacib təsisatlarından biridir, onun nüfuzunu qoruyub saxlamaq vacibdir. Ölkənin azadlığı, torpaqların müdafiəsi uğrunda yüzlərlə polis əməkdaşı şəhid olub. İkinci Qarabağ müharibəsində həlak olanların bir hissəsi DİN əməkdaşlarıdır. Gündəlik həyatın tənzimlənməsində ən ağır və məsuliyyətli iş polis orqanlarının üzərindədir. Polisin işini sevdirmək, təbliğ etmək, asayişin qorunmasındakı rolunu qabartmaq əvəzinə, onu belə olaylara alət etmək nəyə xidmət edir?!

Xüsusən, müharibədən sonra ölkədə daxili siyasi münasibətlərin ibtidai səviyyədə qalması təəccüb və təəssüf doğurur. Cəmiyyət tam fərqli atmosfer arzulayarkən onun bu cür xəyal qırıqlığına uğradılması yanlışdır. Ölkədə ciddi islahatların aparıldığı elan olunub, hökumət 2030-ci il hədəflərini açıqlayıb. O sənəddə böyük hərflərlə yazılıb ki, əsas məqsəd Azərbaycan insanının ləyaqətli həyat şərtlərini təmin etməkdir…

Əvvəlcə xalqa, dövlətə yaraşan, onun haqq etdiyi sivil münasibətləri bərqərar etmək lazımdır. Siyasi mədəniyyətin, müxalifətə münasibətin, ümumən hüquq və azadlıqların bu səviyyədə saxlanılması ilə ölkədə hər hansı tərəqqiyə nail olmaq çətin işdir.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam