Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Təzəxan Mirələmli məhkum edildi

 

 Özünü videobloger kimi təqdum edən Ata Abdullayevin iddiası ilə “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli məhkum edildi. 

Yenixeber.org: İyunun 19-da Xətai rayon Məhkəməsində çıxarılan hökmə əsasən, o, CM-in 221.1 (xuliqanlıq) maddəsilə təqsirli bilinərək, ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Məhkəmə qərarına əsasən, T.Mirələmli elektron qolbaqla gəzməli, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər yaşayış yerini tərk edə bilməz.

Həm A.Abdullayev, həm də T.Mirələmli hökmdən narazı qalıb. A.Abdullayev onun həbs olunmasını tələb edir. T.Mirələmli isə bu hökmü jurnalist kimi peşə fəaliyyətinin məhdudlaşdırılması, ifadə azadlığına müdaxilə kimi qiymətləndirir.

"Belə çıxır ki, gecə hansısa hadisə baş versə, mən jurnalist kimi mən gedə bilmərəm. Mən apellyasiya şikayəti verəcəm. Çünki baş verənlər siyasi məqsədlərlə hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır", - T.Mirələmli Azadlıq Radiosu-na belə deyib.

T.Mirələmli fevralın 26-da - Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Ana harayı" abidəsinin yaxınlığında A.Abdullayevi vurmaqla xuliqanlıq etməkdə suçlanır. Lakin o, özünü təqsirli bilmir. Deyir ki, Milli Şura üzvləri abidəni ziyarət edəndə o da həmin yerdə çəkiliş aparıb. Həmin vaxt A.Abdullayev çəkilişə mane olub, təhqiramiz ifadələr səsləndirib, təxribata çəkməyə çalışıb: “Mən ondan bu cür hərəkətlərə son qoymasını tələb etdim”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam