Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Rusiya çalxalanır: Həbslər başladı

 

"Rusiya hakimiyyəti Aleksey Navalnının həbs olunmasına qarşı etirazları əngəlləmək üçün müxtəlif tədbirlər görür”. 
Yenixeber.org: Bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.
Hərəkat rəhbəri Rusiyanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:
"İki gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) qurucusunun bir neçə tərəfdarı tutulub, yanvarın 21-də FBK vəkilləri Lyubov Sobol və Vladlen Los həbs olunub. Lyubov Sobol 250 min rubl cərimə ediləndən sonra sərbəst buraxılıb.
İki gün əvvəl Navalnının mətbuat katibi Kira Yarmış və FBK-nın İstintaq İdarəsinin əməkdaşı Georgi Alburov saxlanılıb, onlar dünən məhkəmə qarşısına çıxarılaraq icazəsiz kütləvi tədbir təşkil etməkdə günahlandırılaraq 9 və 10 gün müddətinə həbs olunublar”.
Qubad İbadoğlu bildirib ki, Moskva prokurorluğu internet nəhəngləri "Facebook”, "TikTok”, "Twitter”, "Google” və "Mail-Group”a, öz növbəsində, beş internet xidmətinə razılaşdırılmamış mitinqdə iştirak etmək çağırışları ilə məlumatların yayılmasının yolverilməzliyi barədə xəbərdarlıq edib:
"Rusiya Təhsil Nazirliyi valideynlərə uşaqlar və böyüklər üçün alternativ istirahət fəaliyyətləri – "meşədə gəzmək”, "sevdiyiniz filmlərə baxmaq”, "ailə üzvləri ilə yemək hazırlamaq” kimi təkliflər edərək valideynləri məktəblilərin etiraz aksiyalarına icazə verməməyə çağırıb. Bir sözlə, Putin hakimiyyəti bütün resurslarını işə salaraq etirazları əngəllməyə çalışır.
Amma artıq Maqadan və Xabarovskda etirazçılar küçələrə axışır. Polislər Xabarovskda vilayət dumasının deputatı Maksim Kukuşkini saxlayıblar. Bu gün Rusiya çalxalanır. İnsanlar yalnız Navalnını müdafiə etmək üçün deyil, həm də rejimə yox demək üçün etiraz edir. Rusiyada həyat şərtləri sürətlə pisləşir, qiymətlər bahalaşır, rubl dəyərdən düşür. Bu hələ son deyil”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam