Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Üzümüzə bütün qapılar bağlanır! -Qubad İbadoğlu həyəcan təbili çaldı

  

Koronovirusun bölgədə İrandan sonra ən çox ziyan vurduğu ölkə Azərbaycan olacaq. Artıq İranla və Gürcüstanla sərhədləri üzünə qapanan Azərbaycanın yeganə çıxışı Rusiya istiqamətindədir.

Yenixeber.org: Bu iddianı ADR Hərəkatının sədri, tanınmış istisadçı alim Qubad İbadoğlu irəli sürüb.

Özünün facebook səhifəsində dünən paylaşdığı statusunda Qubad İbadoğlu bildirib ki, artıq Qazaxıstan qapılarını üzümüzə bağlayıb və Rusiyanın da analoji addımlar atması Azərbaycanın iqtisadiyyatına ağır zərbə vura bilər:

 

“Belə ki, Qazaxıstan virusun  yayılmasının qarşısını almaq üçün İran və Azərbaycandan sərnişin daşıyan gəmilər üçün  Aktau və Kuryk limanlarını bağlayıb. Rusiyanın da anoloji addımlar atması transit nəqliyyat dəhlizlərinin kəsişdiyi, eləcə də Novruz bayramı ərəfəsində ən çox turist qəbul etdiyi Azərbaycanın iqtisadiyyatına, istehlak bazarına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək. Görünür ki, yaxın gələcəkdə iqtisadiyyatda problemlər  yalnız ucuzlaşan neft qiymətlərinə görə deyil, həm də məhdudlaşan ticarət, turist  və nəqliyyat əlaqələrinə görə artacaq.  Odur ki, mövcud və gözlənilən çətinlikləri nəzərə alaraq iqtisadiyyatda  təxirəsalınmaz tədbirlər proqramı işlənilməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam