Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Navalnı 5 saniyə azadlıqda qaldı, yenidən həbs olundu- VİDEO

    

Navalnı 5 saniyə azadlıqda qaldı, yenidən həbs olundu - VİDEO
Rusiya müxalifətinin lideri, prezident Vladimir Putinin və onun həyata keçirdiyi sosial-iqtisadi proqramların qatı tənqidçisi, Rusiyada korrupsiyanın kökünün kəsilməsini tələb edən Aleksey Navalnı 30 gün xüsusi islah həbsxanasında cəza çəkdindən sonra azadlığa buraxılıb. Lakin həbsxananın qapısından çıxarkən cəmi 5 saniyə azadlığı dadmamış yenidən həbs edilib.
 Yenixeber.org: Bu barədə Navalnının silahdaşı Leonid Volkov özünün "Tvitter" səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, Navalnı Rusiyanın inzibati xətalar məcəlləsinin 20.2 maddəsinin 4-cü bəndini pozduğuna – ictimai tədbir və yürüşlərin təşkilatçısı tərəfindən insan sağlamlığına və mülkiyyətinə zərər yetirildiyinə görə saxlanılıb və ona qarşı yeni cinayət işi açılıb. 

İş üzrə məhkəmə Navalnı barəsində 20 günlük inzibati həbs, yaxud 300 min rubl cərimə və ya 200 saatlıq məcburi islah işləri görmək qərarı verə bilər. Açılan cinayət işində ittihamçı tərəf isə Navalnının təşkil etdiyi mitinqlərdə xəsarət alan polis əməkdaşıdır. 

Qeyd edək ki, 9 sentyabrda Navalnının tərəfdaşları MoskvaSankt-Peterburq və digər iri şəhərlərdə kütləvi aksiyalar keçirərək Rusiyada pensiya yaşının artırılmasına, həmçinin prezident Vladimir Putin və onun hökumətinin fəaliyyətinə etiraz ediblər. 

Xatırladaq ki, namizədliyi Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən rədd edildiyinə görə, Aleksey Navalnı martın 18-də keçirilən prezident seçkilərinə qatıla bilməmişdi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam