Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qubad İbadoğludan AXCP və ReAL-a 5 barışıq təklifi



Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu AXCP və ReAL arasında Azərbaycanla Avropa Birliyi arasında danışıqlara dair gedən müzakirələrin səmərəli təşkili üçün 5 təklif irəli sürüb.

Yenixeber.org: Qubad İbadoğlunun facebook statusunu təqdim edirik:

1. ReAl və AXC partiyaları arasında qarşılıqlı ittihamlara son qoyulsun. Hər iki partiya tərəfdarlarına müraciət edərək sabahdan bu müstəvidə müzakirələrin birtərəfli qaydada dayandırıldığını elan etsin.
2. ReAl və AXC partiyaları Azərbaycanla Avropa Birliyi arasında danışıqlara dair rəsmi mövqeyi açıqlansın. Artıq belə bir mövqe ADR Hərəkatı tərəfindən ictimaiyyətə təqdim edilib.
3. İctimai siyasi təşkilatların iştirakı ilə Azərbaycanla Avropa Birliyi arasında danışıqlara dair müzakirə təşkil edilsin və bu məsələdə vahid və ya uzlaşmış mövqenin formalaşmasına nail olunsun. Dəyirmi Masa formatında müzakirənin təşkili ilə ADR Hərəkatı məşğuldur. Yaxın zamanlarda tədbirin vaxtı və yeri barədə dəqiq məlumat veriləcək.
4. Avropa Birliyinin Azərbaycan nümayəndəliyindən nəyə görə yalnız bir partiyanın nümayəndələrinin Brüssel səfərinə texniki dəstək verdiyi ilə bağlı rəsmi izahat istənilsin. Əslində belə səfərlər müxtəlif siyasi partiya və ictimai təşkilatların təmsilçiliyi ilə qrup şəklində təşkil olunmalıdır.
5. Avropa Birliyi və Azərbaycan hakimiyyəti arasında danışıqların hazırkı statusunu dair hər 2 tərəfin- Avropa İttifaqı və Azərbaycan hakimiyyəti- rəsmi mövqeyi açıqlasın və imzalanmaya təqdim olunacaq sazişin son layihəsini dərc etsin.

 

Qubad İbadoğlu,

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam