Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

HƏQİQİ YAXŞILIĞI QAZANMAQ ƏLİNİZDƏ...

 

 

 

"Xeberinfo.com":  Hər gün yazılı və vizual medyada bir çox xəbər yer alır... Cinayətlər, terror aktları,oğurluqlar, qısqanclıqlar, uşaq qaçırmaları, təcavüzlər, şiddət hadisələri, ədalətsizliklər və heyvanlara edilən əziyyətlər... Əslində isə bu cür davranışların tək bir adı var: Pislik... Yaxşı, bəs pislik sadece bu, sadaladığımız davranışlarlamı məhduddur?  Ya, da əhatəsi dahadamı genişdir? İnsan doğulduqda və ya uşaqlıq illərində  saf və masumikən, necə olur zaman içində acımasız və qəddar bir şəxsiyyətə çevrilir. Nə üçün öz mənfəətləri mövzü bais olduğunda, intiqam         hissinin,  hirsin, kinin, qısqançlığın, eqoizmin, yalan danışmağın mümkün olacağını düşünürlər?  Ya da, başqa insanların haqqı taptanırkən, əziyyət görərkən, işgəncə və qətllərə məruz qalarkən, “mənə toxunmayan ilan min yaşasın” məntiqini müdafiə edir? Yaxşı, bəs qatil və ya oğru olmaq pis bir əməl olaraq qəbul edilərkən, necə olur ki, laqeyidliyi, eşitməzdən, görməzdən gəlməyi kimsə pis bir əməl kimi qəbul etmir?  

Bir insan, istər əli qanlı bir qatil, istər öz mənfəətləri uğruna zaman zaman gözəl əxlaq davranışlarından əl çəkən biri, istərsə də özündən başqa heç kimi düşünməyən  eqoist biri olsun, əslində, pis əməl anlayışına daxil ediləcək bütün bu davranışların ortaq bir nöqtəsi var... Ruhlarda olan boşluq... İnsanı pis iş görməyə vərdiş hala gətirən və pis işin əhatəsini genişləndirən ruhdakı bu boşluğun isə tək bir səbəbi  var Sevgisizlik...

 

         Sevgisizlik insanın qəlbini zaman içində adəta daşlaşdırır. Nəhayətində də bele insanlar  mərhəmətsizliyə, hirsə, nifrətə, kinə hətta şiddətə coşqulu bir şəkildə   uya bilirlər.

 

         Demək sevgisizliyin gətirdiyi qəddar ruhun təsirilə heç kimə dəyər verməyən bu insanlar qatil də ola bilir, oğru da... Qəlbini bürüyən mərhəmətsizliklə acı çəkən insanlara qarşı laqeyd olar...  Əslində pis əməlin ən hiyləgərcəsi olanı da bu sonuncusudur. Yəni, acı çəkən insanlara qarşı laqeyidsizlik...

 

Laqeyidsizlik, sanki bir yolxucu xəstəlik kimi, cəmiyyəti bürümüş çox təhlükəli bir bəladır. Çünkü bu xəstəlik, bəzən öz övladları üçün canlarını verməkdən çəkinməyən, başqalarının aclıqdan, qətillərdən və müharibələrdən əziyyət çəkən uşaqlarına qarşı qeyidsiz qalan bir anaya, bəzən  sosyal şəbəkədə paylaşılan şiddət görüntülərini eynilə bir film kimi izləyib qısa bir müddət sonra unudan və öz gündəlik işlərinə aludə olan bir ataya, bəzən də hirslə dolu şərhləriylə, paylaşmalarıyla, acı dili ilə hər kəsi incitməyə çalışan gənc qız və oğlanlara qədər hər kəsə hiyləgərcəsinə keçə bilməkdədir. Yəni, hər gün gündəlik həyatta qarşılaşdığımız sıradan insanlar pisliyin bu hiyləgər təhlükəsinə  qapıla bilməkdədir..

Bu insanlardan soruşulduğunda, hər biri çox yaxşı insan olduğunu böyük bir qürurla söyləyərlər.

         Eledir axı, nə kimsəni öldürüb, nə oğurluq edib, nə də hər hansı bir şiddət hadisələrinə qarışmışdır.  Halbuki, şəfqətə, mərhəmətə, yaxşılığa dair etdikləri heç bir şey yoxdur.

 

Əlbəttə kimsə şüurlu şəkildə bu cür ruh halı içinde olmaz. Sevgisizlik adətən bədənə yayılan xərçəng xəstəliyi kimi, bu günkü cəmiyyətdə insanların çoxunun ruhunu elə bir zəhərləmişdir ki, onları laqeyidlik və görməzlikdərə sezdirmədən sürükləyir. Yaxşı bəs, bir insan pis olaraq doğulmadığına görə pisliyin bu hiyləgər tələsinə zaman içində düştüyündə  bundan xilas ola bilərmi? Allahın bəyəndiyi həqiqi yaxşılığı dərhal qazana bilərmi? Əlbəttə, həm də çox asanlıqla ....

 

                     Həqiqi yaxşılığa çatmağın tek bir yolu vardır: “İman”

 

         İman bərabərində Allah sevgisini gətirir. Allah sevgisi insan üzərində çox gözəl və pozitif  bir təsir yaradar. O zaman insan Allahın bəyənməsini qazana biləmk üçün gözəl əxlaq göstərər, heç  bir mənfəət gözləmədən, səmimi niyyətlə və yalnız Allah rizası üçün sevər, Allah rizası üçün şəfqət edər, Allah rizası üçün mərhəmət göstərər, Allah rizası üçün dost olar. İnsanları Allahın yaratdığını bilər. Allaha olan məhəbbətini, sevgisini, Onun təcəllisi olan bütün varlıqlara göstərər.

Baxın həqiqi yaxşılıq budur!

 

         Unutmayaq ki, Allah dünyanı sevgi, gözəllik və yaxşılıq üçün yaratmışdır. İslamın və Quranın ruhundakı əsas mövzu da budur. Allahın bütün kainatı, dünyanı yaratma  məqsədi də budur. Dünya həyatındakı imtahanımız sevgi və Allahın bəyəndiyi yaxşı insan olmaq imtahanıdır. Sevgi dolu bir qəlb, buraxın bir insan incitməyə, Allahın yaratdığı kiçicik bir böcəyə belə zərər vermez. Sevgisiz, kirli, paslı  qəlbdən təmizlənən bir insan üçün yaxşılardan olmaq eynilə çörək, su kimi həyatının imtina edilməyən bir gidası olar. Üstəlik Allahın beyendiyi həqiqi yaxşılığı qazanmaq üçün sadece Quran Müsəlmanlığını yaşamaq   kifayətdir.  Uca Rəbbimizin bir ayətində bildirdiyi kimi həqiqi yaxşılığı yaşamaq və Uca Yaradanı məmnun etmənin tək yolu budur:

 

Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində  Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, Allaha məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrabaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sğözlırində  və əməllərində) doğru olanlar onlardır. Müttəqi olanlar da onlardır!  (Əl-Bəqərə Surəsi, 177 )

 

 

                                         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam