Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həqiqət yalanla doğulur sanki

   

Yalanın yükünü daşımaq olmur,
Ruhunu incidər, dilin  yorular.
Qan verən yaranı qaşımaq olmur,
Dərinə hoparsa, cana sovrular.
 
Əzəldən pozulub həyatın dəmi,
Elə bil bu dünya fırlanmır daha.
Sahildə dalğanı ram edən gəmi,
Axınla irəli yollanmır daha.
 
Səsində heyrət var, boğulur sanki,
Özündə, özünü  batırmaq üçün.
Həqiqət yalanla doğulur sanki,
Tarixə yalanı sırımaq üçün.
 
Dilimiz qıfıllı, sözlər şifrəli,
Namusu pay kimi yeyənlər bilər.
Bizimsə bu bəla, niyə gülməli?...
Sinə verib özünü öyənlər  bilər.
 
Adi hal deyil ki, baxmaz olasan,
Əgər dərd bizimsə, yan keçim demə!
Ağlının ucuna taxmaz olasan,
Mən yandım, sən də yan, “yan”, keçim demə!...
 
Cavablar mürəkkəb, sadə deyil ki,
Kökündə nələr var anlamaq gərək.
Anlayan, ağıllı, gadə deyil ki?!...
Sus deyib sadəcə danlamaq gərək!..
Təranə Şəms.28.06.2018
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam