Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DAYAQ

 


Sənədli povest (ardı)

"Xeberinfo.com":  Mən həmişə beləydim ki, qoy direktor nə fırıldaq eyləyir cavabını da özü versin. Mən sənədli fırıldaqla məşğul olmaq istəmirəm. Bax bu səbəbə görə sonralar həmişə kasıb dolanır və vəzifəmdən qovulurdum. Yuxarıda qeyd edilən maliyyə fırıldağı ilə məşğul olanların biri sonradan hansı fırıldaqla məşğul olmuşdusa gecə yatanda əbədi yuxuya getmişdi.

 Mənim kənddən getməyimdə isə Anamı təqsirkar görməkdə  o, səhv edirdi. Anam mənə belə demişdi: ”Bala getmişdin nə üçün gəldin, gəlmisən təzədən  Bakıya nə üçün qayıdırsan?”. Bizi istəyənlər isə məni başa düşmək istəmirdilər ki, 80 rubl məvacivlə ailəmizi təmin edə bilmərəm, dolanışıq xatirinə saysız sənədli maliyyə fırıldaqları ilə məşğul olmaq və əmək haqqı cədvəllərinə bir neçə nəfər ölücanların yerinə imza atmaq, rüşvət üçün saysız təftişlərə  cavab vermək istəmirəm.

N.S.Xruşşovun quracağı kommunizm müxtəlif yollarla-rəqəmlərin təhrifiylə, məvacibi tələbatdan az ödəməklə, mütəxəssisləri məcburi olaraq istehsal-maliyyə frıldaqlarına əl atdırmalarıyla, quduzlaşmış təftişlərlə, mənsəbpərəstliyə şərait yaratmaqla, sürətlə uçuruma doğru irəliləyirdi.

Direktor Tofiq Rəfibəyovla mehriban işləyirdik. Uzun müddət baxımsız qalan bu ərazinin uçulub dağılmış yerlərini abadlaşdırır, həyətdəki yaşayış mənzillərində (ailəvi yataqxana) yaşayanları işə cəlb edir, yaşayıb pasport qeydiyyatında olmayanları qeydiyyata saldırırdı. Burada xoşa gəlməyən hal o idi ki, həmin ərazidəki tikililər, yaşayış mənzilləri və inqubatorun yerləşdiyi iri bina-beş otaq və inqabator sexi müəssisənin balansında yox idi. Direktor əsaslı təmir işini aparanlarla iş gördürür, pul vəsaiti ödəyir, lakin balansda nə əsas fondlar (əsas vəsait) nə də amortizasiya fondları oturmurdu. Bax bir mühasib kimi məni az qorxuzub cox düşündürən hal bu idi.

Tofiq Rəfibəyov işində çox sürətlə irəliləyirdi. Artıq həyətdə İki ədəd yumurta daşıyan refrijator (ətlik-yumurtalıq cinsli Nyu-Gempşir damazlıq yumurtalar Şimali Qafqazdan daşınırdı), bir ədəd yem daşıyan yükünü özüboşaldan avtomaşın, bir ədəd UAZ markalı avtobus, bir ədəd təzə “Moskviç-412” markalı minik avtomobili varıydı.Təqribən 600 metr məsafədə kiçik  bir bina da varıydı ki, orada körpə quşlar saxlanılırdı.

O, ucaboy, olduqca fəhmli, işlək, yaradıcı, həm də riskli, savadlı, kollektivi bir Ata kimi idarə etməyi bacaran, gözü açıq olmaqla yanaşı şöhrətpərəst bir insan idi. Yeri gələndə fəhlə kimi işləməyi də özünə borc bilirdi.

Rus dilli olan T. Rəfibəyov əəvvəlcə Gəncədə feldşer-müalicə texnikumunu bitirmiş, sonra Kənd Təsərrüfatı İnstitutunda zootexnik ixtisasına yiyələnmiş, nəhayət o, müdafiə edərək Kənd Təsərrüfatıı elmləri namizədi tituluna sahib olmuşdu.  Rus dilində qrammatikanı lazımınca bildiyini o vaxt gördüm ki, savadlı  rusun yazdığı məktubun hər sətrində bir hərfə, sözə düzəliş verirdi. Kənd təsərrüfatı elmləri sahəsində müdafiə edənlər elmi işində ona müraciətlər edirdilər.

Tanrı elm sahəsində ona yüksək keyfiyyət verdiyi kimi bir insan kimi mərdlik, alicənablıq, kəramətlik keyfiyyətləri də vermişdi. Bir başqaları ilə görüşməsi iləmi əlaqədar olaraq,yoxsanədənsə bir günorta məni kabinetinə çağırıb cib xərcliyi verərək bayırda böyük mühəndislə söhbət edən gənc şəxslə gedib yerləşdiyimiz sahənin qabağındakı  restoranda nahar etməyi məsləhət gördü. Sifarişi qonaq özü verdi. Naharı qurtarandan sonra ofisiant ödənişi məndən almadı, həmin şəxs bizimlə sağollaşıb gəldiyi minik avtomobili ilə də qayıdıb getdi. Onun kimliyini də direktordan öyrənə bilmədim. Mənə verilən yemək xərcini  qaytarıb direktora versəm də almadı və dedi ki, pulu cibinə qoy.   

Bir gün T.Rəfibəyov bir böyüyüm qismində məni ciddi sorgu sula tutdu ki, yaşın keçir rahat yaşamağa da otaq vermişəm, sən nə düşünürsən? Kim könlündən kecir, mənə de əncam çəkərəm. Bakıda o qədər qız var ki. Dedim ki, Tofiq müəllim deyirlər elini hürküt axsağından yapış, həm də mənim evlənmək üçün tələb olunan ən az vəsaitim belə yoxdur, kimə yanaşsam deyəcək ki, nişan üzüyü, geyim, daha nə bilim nə, nə. Heç gözləmədiyim: “ Bütün toy xərclərin mənim boynuma”,- cavabnı aldım. Nəhayət Sumqayıtda işləyib əslli, nəsilli, kecmiş yaxınları 37-ci ildə xalq düşməni kimi Qazaxda güllələnmiş, Atası müharibədə itkin düşmüş, özüm yaşda, ali təhsilli, orta boylu bir kasıb qızla-Ayna ilə məni 1973-cü ildə Tofiq müəllim  ailə sahibi etdi. Qohumluğumuz olmasa da (O,əslən Gəncəli idi) mənə DAYAQ oldu, DAYAQ durdu (Mən bu kəlmələri yazanda ağlayırdım,  sakit ola bilmirdim,  ona görə ki, Tofiq həyatda yox idi, Atalı-Analı yetim olmuşdum).

Dayaq olub ömür verdin, iş yerimi var elədin,

Arxa durub xərci çəkdin, gəncliyimi şad elədin,

Mənzil verib sevindirdin, komsomolu toy elədin,

Yol göstərib ümid verdin, pis günümü xoş elədin,

Unutmuram səntək mərdi Rəfi bəyli Tofiq kişi.

                                                 oktyabr 2014-cü il        

 Tofiq müəllim itehsalat qabaqcıli kimi Dövlət tərəfindən Əmək Şöhrəti ordeninə layiq görülmışdü. T. Rəfibəyovun elmi titulu, çalışqanlığı, Baş idarədə hörmətlə qarşılanması, rəisin ona xoş münasibəti, inqubatodakı məhsulun çıxış faizinin yüksək olması, Rayon Partiya Komitəsinin ona göstərdiyi qayğı, xüsusilə Dövlət tərəfindən Əmək Şöhrəti ordeninə layiq görülməsi  Abşeron rayonunda quşçuluqda şef sayılanın şəxsi maraqlarına tam mane olurdu.  Dəqiq yadımda deyil, orden veriləndən qabaqmı, yaxud sonramı mərkəzi mətbuat orqanı olan “Sovet kəndi”ində həmin qəsəbədə yerləşən Abşeron inqubator quşculuq stansiyasının adı ilə Abşeron repreduktor quşçuluq soxozunun adını birləşdib elə bir müəssisə adı yazmışdılar ki, bilinmirdi bu yarı yalan, yarı doğru tənqidi dolaşıq yazı hansı quşculuq müəssisəsinə aiddir. Tez Tofiq müəllimə xəbər verdim ki, bizə dolaşırlar. Tofiq müəllim xəbərimə laqeyd yanaşıb dedi ki, bu bizə aid deyil. Bu gözügötürməz şef haqqında məlumatım varıydı . Bilirdim ki, kim onunla hesablaşmırsa hesablaşmayanı  calacaq, işləməyə imkan verməyəcəkdi.

Bir qədər də təsərrüfatların idarə edilməsi haqqında. O dönəmdə təsərrüfatların-xüsusilə quşculuğun idarə edilməsi dörd pilləli idarəetmə sistemindən keçirdi. İdarə etmədə Dövlətin uçotunda dayanan bunlar idi: 1.Kənd Təsərrüfatı Nazirliyi, 2.Baş quşçuluq sənayesi idarəsi, 3.Royon Partiya Komitəsi. İdaretmətə Dövlətin uçotunda oturmayıb qeyri rəsmi fəaliyyət göstərən 4-cü pillə şef idarə üsulu da mövcud idi. Quşçuluqda işləyən hər bir direktor yuxarıda qeyd olunanlardan əvvəl bu şefi tanımalıydı.  Kimin hünəri nə idi ki, onunla hesablaşmasın.  Düşünəndə bir sual meydana çıxırdı ki, axı direktor neçə dövlət məmuruna dolya verməlidi?

Mətbuatda adıları bir-birilərinə dolaşdırılan iki kiçik təsərrüfatın birində 20 nəfər, digərində isə təqribən 35-40 nəfər işləyirdi ki, operatorların  aylıq əmək haqları minimum əmək haqqı, sürücülərin əmək haqqı minimum əmək haqqının 1.5 misli, quşa baxanların əmək haqqı isə minimum əmək haqqının iki müsli həcmində idi. Bu işçilərin də 60 %-ini qadınlar təşkil edirdi. Həmin təsərrüfatların istehsalat planlarının yerinə yetirilib yetirilməməsində  rəqəmlər necə təhrif oluna bilərdi. Bu müəssisələrin istehsalının həcmi nə idi ki, planı da nə olaydı. Həmin məqalənin yazılmasında məqsəd kimdənsə haqq alıb oraya  yeni direktor dürtüşdürmək  idi. Uçuq-sökük 4-5  tövlədə yerləşib bu quşçuluq sovxozu adlanan təssrrüfatla nazirlikdə maraqlanan da yoxuydu.  Şübhəsiz  T. Rəfibəyov yaxşı bilirdi ki, mərkəzi mətbuatda gedən bu dolaşıq adda müəllifsiz gedən tənqidi yazının mmüəllifi kimdir. Sovet iqtisadiyyatının dağılmasınının əsas səbəblərindən biri də idarəetmədə bax bu çoxpilləli rəhbərlik və direktor təyinində dolya alınması idi.           

Qorxu və şübhələrim canımdan əl çəkmirdi. Orden veriləndən sonra mən direktorun adına aparılan əsaslı təmirin örtülməsi üçün fond olmadığını və əsaslı təmirin aparılmasının dayandırılmasını nəzərinə çatdırdım. Evdə həmin məlumatı oxuyan həyat yoldaşım da narazı qaldı ki, direktor səni ailə sahibi edib, bu məlumatına görə o, səndən narazı qalacaq. Mənsə başa düşdüyüm düzgün yol bu idi ki, bunun üstündə Baş idarə məni vəzifədən maddə ilə azad edə bilər. Baş zootexnik, Kənd təsərrüfatı elmləri namizədi,  milliytcə Quba yəhudisi Abramov Mardaxay Xanukayeviç idi. Tofiq müəllim onu yanına çağırıb mənim yazdığım məlumatı ona verir ki, görün böyük mühasib nə yazır. Abramov məlumatı oxuyub cavab verir ki, fondsuz və smetasız  apardığınız həmin  əsaslı təmir ücün məsuliyyətiniz tələb edilə bilər.Tofiq müəllim onu da pis başa düşüb deyir ki, ikiniz birləşib məni yıxmağa çalışırsınız.

Bizim mübahisəmiz o vaxta təsadüf edirdi idi ki, il başa çatmış, fəaliyyətimiz Baş idarədə müzakirə olunasıydı. Bir neçə gündən sonra Baş idarədə direktorun, baş zootexnikin, mənim və Baş idarənin inqubatorların fəliyyətinə nəzarət edən şöbənin mdirinin iştirakı ilə rəis Ramiz Allahverdiyev kabinetində bizim inqubatorun illik fəaliyyətinin müzakirəsinə başladı. Direktor və Baş idarənin inqubatorların fəliyyətinə nəzarət edən şöbə müdiri cıxış etdilər. Fəaliyyətimiz bəyənildi. Sonra direktor təkrar ayağa qalxıb direktorluq vəzifəsindən azad edilməsini rəisdən xahiş etdi.   Rəis təəccüblənib dedi: “Axı Sizdən heç kimin narazılığı yoxdur, nədən narazısınız?”. Elə bu vaxt Abramov qalxıb bir başa həqiqəti söylədi: “ Yoldaş Allahverdiyev,  narazılıq şəxsi maraq məqsədi daşımır, fondsuz  aparılan əsaslı təmir direktorla böyük mühasibi üz-üzə gətirib”. Rəis Allahverdiyev mənə dedi ki, səhəri gün yanıma gələrsən (O, Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını bitirmişdi). Səhər tezdən onun qəbulunda oldum. İnsafən o, mənimlə sərt söhbət etmədi. Təmkinlə soruşdu: “Bəs  bu əməliyyat bankdan necə keçir, bank hansı əsasla vəsaiti İQS-in hesabından silir, bunlarla maraqlanmısanmı, indiyə kimi bunu nə səbəbə Baş idarəyə xəbər verməmişsən, bəlkə banka bir şey verirlər? Axı Sizi məsuliyyətə cəlb edə bilərlər”. Olduğu kimi hamısını danışdım: “ Maraqlanmışam, pulun silinməsinə mane olmağa da çalışdım. Ancaq bank: “Sizin hesablaşma hesabınıza qarışmağa bankın haqqı yoxdur, vəsait bankın yox, müəssisənindir, pulun silinməsinə razılıq verən AKT-da direktorunuzun imzası və möhürü var”,- dedi.

Mən nə qədər qorxu keçirsəm də iş asanlıqla həll olundu. İQS-in direktorunun tələbiylə Abşeron İstehsalat idarəsi İQS-in yerləşdiyi ərazidəki binaların, tikililərin, ailəvi yataqxanın balans dəyərlərini, bundan başqa tikintisi yarımçıq qalmış bir sıra binalar da rəsmi sənədlə İQS-ə təqdim etdikdən sonra hər şey qaydasına düşdü və Tofiq müəllimlə barışıb yenidən mehriban işləməyə başladıq.     

Səhv eləmirəmsə 74-cü il idi. Baş idarə Əmək Şöhrəti Ordenli Tofiq Rəfibəyovu irəli çəkərək Mərdəkan dairəsində yeləşib 400 nəfər işçisi, ildə min tonlarla quş əti istehəsal edən Bakı broyler quşçuluq fabrikinə direktor vəzifəsinə təyin etmişdi. Gözügötürməz isə onu izləyirdi. Fabrikdə hüquq mühafizə orqanlarının agenti ona da agentlik edirdi. T.Rəfibəyov fabrikin inqubator sexindəki artıq işə yaramayan qurğu-avadanləqları müasir tələblərə cavab verə bilən müasir qurğularla əvəz etmiş, əvvəlki ay və illərə nisbətən kəsimə gedən hər baş broylerin çəkisi əsaslı surətdə  artmış, broylerlərin keyfiyyətli yemlərlə təchiz edlidiyindən saxlanılma-yemləmə müddəti qısaldılmış, fabrikdə ət istehsalı artmış, fəhlələrin əmək haqqı yüksəlmiş, fabrikdə qazanılan nailiyyətlər gənc direktorun şöhrətini gözə gətirmişdi. Bütün bu müvəffəqiyyətlərlə yanaşı broylerlərin salamat saxlanılma faizində az da olsa qüsur varıydı. Bax gözügötürməz bu qüsurdan faydalanmağa çalışırdı. Direktor isə bu qüsuru aradan qaldırmaq üçün müəyyən tədbirlər həyata keçirmişdi.  Xəstəlikdən tələf olan quşların yerini qısa müddətə doldurmağa imkan tapmışdı ki,  həmin anda gözügötürməzlə-şeflə əlaqəli işləyənhüquq mühafizə orqanlarının əməkdaşları direktoru yaxaladılar.

Rüşvət verib tələ hörən, işinizə  haram qatdı,

Sərvət udub felə gedən, ömrünüzə qara yaxdı,

Rüsxət alıb zəhlə tökən həbsinizə imza atdı,

Zülmət satıb bəhrə görən  ümidsizə damğa basdı,

Ulu Tanrı unutmur ki, ədaləti Tofiq kişi,

Çox çəkməz ki, dargöz alar haqq-saynı Tofiq kişi.

                                                   oktyabr 2014-cü il

T.Rəfibəyovdan sonra Baş İdarədən İQS-ə ixtisasca zootexnk olan Aqil Yunus oğlu Babayev adında bir nəfər şəxs direktor vəzifəsinə təyin edilmişdi. Bir qədər xırdaçı xüsusiyətləri olsa da yoloğlu idi. İnsanla rəftarı qaydasında idi. Onunla razılaşıb evimizin son beşiyi olan bacım Leylanı kənddən gətirib  İnqubator şöbəsində operator vəzifəsinə təyin etdirdim.

 Artıq ailə sahibiydim. Dairənin içərisində olduğumdan mənim düz-əyri işçi olduğum nəzərə alınmırdı. T.Rəfibəyovu həbs etdirmək üçün çox adamı məsuliyyətə cəlb etrmək lazım idi. Bax ömrümdə ikinci dəfə ağladım. Mən doğrudanmı yenicə ailə qurduğum bir vaxtda həbsxanada yatmalıyam? İQS-də işlədiyimdən təhlükə mənim də üstümü almışdı. T.Rəfibəyova görə onun kemiş iş yeri İQS-də də  yoxlama keçirilirdi. Təftişi apartdıran mayor özü ilə rus millətindən olan bir ekspert də gətirmişdi. İQS-dən Bakı broyler fabrikinə aparılan on min rubl dəyərində inqubator avadanlığına heç bir əhəmiyyət vermədən  az miqdarda fabrikə satılan yumurta və sutkalıq cücəylə yanaşı onun dəyərinin ödənilməsinə diqqət yetirilirdi. Yoxlayıb məndən əl çəkdilər.     

 Artıq gələn cücələri qiymətləndirib əskiklə əvəzləşdirmək mümkün olsa da  artığı mədaxil edib əskik gələni isə damazlıq material kimi direktorla yanaşı iki nəfər mühasibi, iki sex müdirini... həbs etdilər.Bununla sakit olmayıb Baş idarədə yanları enli bir göygöz matışgəni rəis Ramiz Allahverdiyevin üzünə durğuzdular ki, Bakı broyler fabrikində baş vermiş qanunsuzluqlar haqqında verilən məlumatlara göz yummuş, vaxtında tədbir görməmişdir. Beləliklə rəisi də həbs etdirdilər. Şəxsi maraqları naminə cüzi bir işi şişirdib böyük cinayət kimi qələmə verənlər, insanları, onların ailələrini başsız qoyanlar fabrikin adına yazılan broyler ( kökəltmə) sözünü dərk etməyənlər anlamaq istəmirdilər ki, broyler fabriki damazlıq materil istehsal etmir.      

T.Rəfibəyov həbsdən əvvəl İQS-ə gəlmişdi. Mənə belə dedi: “Mənə sənin kimi mühasib lazımıydı ki, daim mənim əlimin üstündən vuraydı”. Bununla o, vaxtı ilə əsaslı təmirin üstündə üz-üzə gəldiyimizi və mənim haqlı olduğumu xatırladığına işarə vururdu. Bu onun bizimlə son gürüşü idi. Bəli, onun bircə səhvi onda idi ki, Bakı broyler fabrikinə direktor təyin ediləndə həmin mühasibi vəzifəsindən azad etməmişdi.

T.Rəfibəyovdan sonra öz vəzifəmdə qalıb işləsəm də iş könlümə yatmır, olduqca narahatlıq keçirirdim. Bir gün onun həyat yoldaşı Müşavərim müəllim (O, kimya elmləri namizədi idi) telefonla zəng edib məni evlərinə dəvət etdi. Onlar STATKOM-un yuxarı tərəfindəki yaşayış binalarının birinin axırıcı mərtəbəsində yaşayırdılar. Evə daxil olub stulda əyləşəndən sonra stolun üstünə quşçuluq üzrə iki satış rəqəmi yazılmış bir vərəq qoyub: “Rəqəmlərə baxıb fikrinizi bildirin”,- dedi. Satış qiymətləri mənə tanış idi. Qiymətlərə baxıb dedim: “Bu  qiyməti verən Sizin dostunuz, digərini verən düşməninizdir”. Müşavərim müəllim dedi ki, hər ikisini eyni şəxs verib. Mən təəccüblə soruşdum: “Bu şəxs kim ola bilər?”... Müşavərim müəllim : “ Nazirlikdən filankəs verib, Tofiqin həbs olunması üçün əks satış qiymətini həbsi təşkil edənlərin təzyiqi ilə verilib”,-dedi. Bəli, Qanunları yazıb onu icra edənlər şəxsi maraqları xatirinə zorakılığa keçəndə Tanrısızlıq, yaramazlıq törəyir, ailələr başsız qalır, faciələr baş alıb gedir, nəhayət ictimai quruluş çürüyür.

 

Qanunların aliliyinə hörmət etməyib zorakılığa keçərək qılıncı insan boynuna dirəyəndə quşun cinsini, kateqoriyasını, yaşını, məhsulun təyinatını dolaşıq salıb nə istəsən yazmaq olarmış.

 

Ardı var...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam