Nifrətdən sevgiyə doğru - Təranə Şəms
Nifrətdən sevgiyə doğru
Yenixeber.org: Bəzən deyirlər həyat gözəldir... Niyə gözəldir?... Bu suala birmənalı şəkildə cavab olaraq yalnız belə demək olar. Əlbəttə, həyat hər halı ilə gözəldir. Lakin, bu cavabın məchul tərəfini özlərində tapanlar Allahın yaratmış oduqlarını qəlbən, ruhən sevənlər daha mükəmməl hiss edirlər. Sözsüz ki, Allahın yaratmış olduğu hər bir şey gözəldir. Amma, bu gözəllikləri duymağa, hiss etməyə sevən ürək, sevən qəlb lazımdır. Əslində belə bir fikir insan zəkasına daima nəzarət edir. Yəni, sevgi məhfumu həyat var olunca insanın ruhuna can verir, ömrünə dirilik suyu qatır və sənin yaşama səbəbin olur. Sevgi ifadəsi ali hiss olduğu üçün onu təhlil etmək o qədər də asan deyil. Bəlkə də nifrət dediyimiz sevgidir, sevgi dediyimiz isə nifrətdir. Düşüncəmə hakim olan fikrə görə bu ifdələr bir-birini təkzib etmir, əksinə biri digərini tamamlayır. Məncə sevgi və nifrət boy-boya dayansa bir-birindən seçilməz, kölgələri belə üst-üstə düşər. Çünki bu iki məhfumun nə quruluşu var, nə tərifi var, nə də disturu. Və bir sözlə heç bir isbata ehtiyacı olmayan aksiomadır. Deyərdim ki, insanın şüur və təfəkküründə formalaşan fenomen amil olduğu üçün, insan yaşadıqca onun həyatında təşəkkül tapmış olur. Mənim düşüncəmə görə sevgi insanı öz varlığı qarşısında əsirə, köləyə çevirir. Sevmək, insanın azad düşüncəsinə zəncir vuraraq özünü, özündən asılı hala gətirir. Yəni belə deyərdim ki, cismindəki ruh yalnız sənə məxsus olmur. Sənin qəlbin, ürəyin hətta düşüncələrin belə əgər aşiqsənsə, sevdiyin insanın ruhuna höpur. Sanki sənin ətrafında heçnə yoxmuş kimi şüurunda tək bir canlı dolaşır və sənin ruhunu qidalandırdığı üçün sən nəfəs alırsan. Hətta bəzən yaşadığın mövcud halların əksi də olur. Yəni sənə elə gəlir ki, boğulursan, ruhun səndən kənarda məngənəyə sarınmış kimi çabalayır. Nədənsə sevən insan düşünür ki, onun belə halına cisminin bütün əzaları gülür və ələ salır. Və bu zaman ürəyinin səsi marş sədaları altında səni, özünlə mübarizəyə səsləyir. Belə durumla qarşılaşan aşiqlər özləri eşidə biləcək pıçıltıyla sevgilərinin etirafını ürəklərinə yalvarışla deyirlər. “Axı mən sevirəm”,”Mən aşiqəm”. Sevməkdə, sevilməkdə ali hiss və duyğu olsa da, belə bəzən öz yanğısı ilə həyatını cəhənnəmə də çevirə bilir, və sən cəhənnəm əzablarına sevə-sevə qatlanırsan. Bir nüans diqqət çəkməyə bilməz. Sevginin acılı-şirinli, enişli-yoxuşlu yollarında irəllədikcə çəkdiyin əzablar səni nifrətlə dost olmağa da məhkum edir. Əslində sevmək, deyərdim ki, nifrətin əkiz tayıdır. Bəzən dəyəri bilinməyən sevgilər nifrətdən yaranır. Hansı ki, sevgi də, nifrət də sevənlərin qəlbinə hakimdir. İlk fürsətdə burun-buruna gəlib qalib olmaq üçün fürsət gözləyir. Sevgi insanı nə qədər güclü, iradəli, mətn, əzmkar edərsə, nifrət isə bir o qədər insan qəlbini zəlil edərək mütiləşdirər. Məncə insan qəlbinə səpilən sevgi toxumu safdırsa nifrəti məhv etmək gücünə qadirdir. Əslində “nifrət” özü sevənlər arasında bir səddə çevrilməkdən qorxar. Çünki, nifrət sevənlərin qəlbində sevgiyə yol başlayanda çox yıxılıb durmalı olur. Bir sözlə nifrət, çox əzab-əziyyət çəkər. Və buradan belə nəticəyə gəlmək olar ki, həqiqi aşiqlər, sevdalılar heç zaman nifrət etməyi bacarmazlar. Deyərdim ki, nifrətin fövqündə həmişə güclü sevgi görünür. Hansı ki, o sevgi nifrəti ram edərək qarşısında sevdalanmış aşiqə çevirir.