Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

YETİM DEDİM...

  1. "Xeberinfo.com": Nədən gəldim həyata mən,dərd dağıdım agah olun,hərdən-hərdən dinləyin ha, tar kamanı , gözü yaşlı, dərd çağıran Segah olun. Segah olun, Yanıq Kərəm, saz havası Dügah olun, bihal olun yavaş-yavaş qulaq verin, dinləyin ha, dərdsiz olun,gumrah olun, gümrah olun, yüngül olun, zövqi səfa bir gül olun.Həyat bizə ƏTADISA, ömür qısa, yaxşı görüb bir gün olun. Dədəm, ciyim sağ idisə, həyat gözəl mənimdisə, sənindisə, bizimdisə, hər sözü bir düzümdüsə.Ömür vəfa etmədisə vida edib, əllər bizdən üzüldüsə, həyat bizə naz edərək, ilmə-ilmə, ipə-sapa düzüldüsə. Zalım həyat, fəna oldu,öldü atam, haqq yoluna döndü anam.Düşmən güldü, həna qoydu, mən yazığa bəla oldu, tək deyildim, vardı xalam, deyən çoxdu varam-varam, fələk mənə oyan dedi, nə dedisə yaman dedi, etdi məni yaman boyat, boyat oldum, boy ataraq, haqq yolunda haqq taparaq.Əydi fələk oğrun –oğrun, əyildim mən, qat –qat oldum, ürək sındı çat-çat oldum, bəxi qara, adam oldum, söz ki qısa,öz ömrümə zəhər qatan haram oldum, bağırmadım, sarılmadım bir kimsəmdən, nə var nə yox umammadım. HAQQ mənəmsə, gözüm açıq yumamadım,odum közdü, dağdı yaram,canım yanır ağlar yaram, anam mənsiz, yoxdu, atam sığal çəkib bağlar yaram, ağlar dilim, ağlar gözüm, həyat söndü,dinməz oldum,üzüm donuq, gülməz oldum. Həyat bu sa,ölüm haqqdır, ömür qısa, yolum o yol mən də getdim, ağı deyib ağlayaraq, ömür mənim olan qədər, öz –özümə ad qoyaraq,diri gözlü YETİM dedim!!!

 

TƏRANƏ ŞƏMS.14.09.2014.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam